Xəbər lenti

 

Oktyabrın 2-də İran İslam Respublikasında Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour of Iran” velosiped yarışı başlayıb.

1-ci mərhələsi Təbrizdə start götürən veloturda Azərbaycan yığma komandası da iştirak edir.

Yarışın təqdimat mərasimi bizim üçün xoş olmayan hadisə ilə yadda qalıb. Belə ki, yarışda iştirak edən ölkələrin bayraqları içərisində Azərbaycan bayrağına nədənsə yer tapılmayıb. Belədə ölkəmizi orada təmsil edən nümayəndə heyətinin rəhbəri, Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov Azərbaycan bayrağı tribunaya gətirilməyincə tədbirə qatılmayacağımızı bildirib.

Məhz bu tələbdən 40 dəqiqə sonra bayrağımız iştirakçı ölkələrin bayraqları ilə yanaşı qaldırılıb və həm komandamız, həm də nümayəndə heyətimiz təqdimat mərasimində iştirak edib. \\Sport7.az




Ana səhifəyə qayıt        Baxış: 474          Tarix: 3-10-2019, 19:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma