Xəbər lenti

 

Bakı Apellyasiya Məhkəməsində Suriya ərazisində döyüşməkdə təqsirləndirilən Rövşən Rəhimovun apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış iclası oktyabrın 18-ə təyin edilib.

Qeyd edək ki, R.Rəhimov və onunla birgə ittiham edilən Mehman Qarayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

M.Qarayev və R.Rəhimov Cinayət Məcəlləsinin 218.2 -ci (cinayətkar birlikdə, mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin birliyində iştirak etmə) və 279-cu (Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmələr yaratma, onların tərkibində iştirak) maddələri ilə ittiham olunublar.

İttihama görə, hər iki şəxs 2013-cü ildə Suriyaya gedib, orada Bəşşar Əsəd hökumətinə qarşı vuruşaraq bir müddət sonra geri qayıdıblar.




Ana səhifəyə qayıt        Baxış: 348          Tarix: 7-10-2019, 10:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma