Sentyabr ayından “Aqrolizinq” ASC tərəfindən rayonlarda ərazisində güzəştli qiymətlərlə səyyar gübrə satışı həyata keçirilir.
Modern.az xəbər verir ki, səyyar satışlar rayon mərkəzindən uzaq məsafələrdə yerləşən kəndlərdə həyata keçirilir. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışında vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısını almaq, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Şəmkir, Gədəbəy, Samux, Qobustan, Şəki, Oğuz, Xaçmaz, Kürdəmir, Hacıqabul, Şamaxı, Ağsu, İsmayıllı, Ucar, Göyçay, Cəlilabad, Astara, Lerik, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Qazax, Ağstafa, Tovuz, Göygöl, Goranboy, Şabran, Xaçmaz, Quba, Salyan, Neftçala, Tərtər, Bərdə, Yevlaxda rayonlarında keçirilən səyyar gübrə satışından 2295 vətəndaş yararlanıb. Güzəştli qiymətlərlə səyyar gübrə satışı bütün regionlar əhatə olunmaqla mövsümün sonuna kimi davam etdiriləcək. Səyyar satış 46 kənd daxil olmaqla 33 rayon üzrə təşkil olunub. Qeyd edək ki, 183 ətraf kənd səyyar satış xidmətlərindən yararlanıb.
Güzəştli qiymətlərlə səyyar gübrə satışı qaydalarında və qiymətlərdə dəyişiklik yoxdur. Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər. Səyyar xidmət zamanı səyyar bank terminalları da fəaliyyət göstərir ki, ödənişlər üçün vətəndaşın banklara müqaricət etməsinə ehtiyac yaranmır.
Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1652 Çağrı Mərkəzi və (+99451) 2559383 əlaqə nömrəsinə müraciət edə bilərlər. Həmçinin xidmətlərin təşkil olunacağı kəndlər barəsində Aqrolizinq ASC-nin rəsmi sosial şəbəklərini izləyərək, elanlarla tanış olmaq mümkündür.
Paylaş: