Türkiyənin başlatdığı “Barış Pınarı” hərəkatına qarşı reaksiyalar gəlməkdə davam edir. Bir çox ölkə NATO üzvü olan Türkiyəni dəstəkləmək əvəzinə PKK/YPG-ni dəstəkləyir.
Musavat.com xəbər verir ki, “Haber7” agentliyinin yazarı Taha Dağlı “Ən çox onların canı yandı” adlı köşə yazısında Netanyahunun Trampın çəkilmə qərarına çox qəzəbləndiyini, eyni zamanda, sionist Rotşild ailəsinin üzvü olan Devid Rotşildin də PKK-nı dəstəklədiyini yazıb.
Taha Dağlı köşə yazısında bildirir ki, ABŞ-ın dövlət rəhbəri Tramp PKK terror təşkilatını yarı yolda qoyub. Bu vəziyyət də ən çox İsrailin xoşuna getməyib.
İsraildə koalisiya yaratmağa çalışan mövcud baş nazir Netanyahu Trampın PKK-nı yarı yolda qoymasından sonra açılama verərək onlara dəstəklərini əsirgəməyəcəklərini bildirdi.
Bəs Netanyahunun PKK/PYD-yə yardım açıqlaması nə mənaya gəlir? İsrail terror təşkilatına necə bir yardım nəzərdə tutub?
İsraillin adını açıqlamayan səlahiyyətli təmsilçisi Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi “İndependent” qəzetinə bu barədə açıqlama verib: “İsrail olaraq heç bir zaman türk əsgərinə qarşı hərbi müdaxilə etməyəcəyik, lakin müharibə şəraitində kürdlərə silahla, hərbi qüvvə ilə yardım edə bilərik”.
Taha Dağlı köşəsində qeyd edib ki, PKK İsrail üçün xüsusi önəmə sahibdir. PKK-nın ən böyük dəstəkçisi isə sionistlərdir.
Sionist Rotşild ailəsinin üzvü Devid Rotşild Trampın PKK-nı yarı yolda qoymasından sonra sosial şəbəkə hesabında sərt reaksiya verib.
İllərdir, PKK-nı maliyyələşdirən İsrail niyə Suriyada terror təşkilatının qalmasında israr edir? İsrailin ədliyyə naziri Ayelet Şaked “Suriyanın şimalında dövlət qurulması İsrailin təhlükəsizliyi üçün önəm daşıyır” - deyərək əslində hər şeyi izah etmiş olur.
Taha Dağlı bildirir ki, PKK-nın dövlət yaratması əslində ikinici Suriya dövləti deməkdir. Bunun İsrail üçün nə əhəmiyyəti var?
Bu, ən başda neft yataqlarının Suriyanın əlinə keçməsi deməkdir. Çünki İsrail neftə olan tələbatının yüzdə 77 faizini İraqın şimalı vasitəsilə ödəyir. Suriyanin şimalı ilə birləşən və başında PKK terror təşkilatının olduğu bir dəhliz İsrail üçün birbaşa neft imkanları deməkdir.
İkinci bir məsələ Suriyanın təhlükəsizliyidir. Ərəb ölkələrinin parçalanması, içlərindən PKK dövləti çıxması israilin ən böyük arzusudur. İsrail arzusuna çatdıqdan sonra isə “vəd edilmiş torpaqlar” uydurması ilə yola çıxıb, “böyük İsrail” planını həyata keçirməyə çalışır.
Məleykə,
Musavat.com
Paylaş: