Xəbər lenti

 

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 15-də Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündəki çıxışı zamanı ABŞ dollarından imtinaya çağırıb.

Modern.az-ın məlumatına görə. Ərdoğan bununla bağlı deyib:

“...türk dünyasında ortaq bir fondun qurulması təklifini dəstəkləyirik. Ancaq əvvəlcə bu fondun maliyyə, hüquqi və inzibati təməlləri sağlam qoyulmalıdır. Bu məsələdə katibliyin əlaqələndirməsi ilə aidiyyəti milli və beynəlxalq qurumların da təcrübəsindən istifadə edilərək genişmiqyaslı iş görülməsinin faydalı olduğunu düşünürük.
Beynəlxalq ticarətin dollar əsaslı olması qeyri-müəyyənlik şəraitində risklər yaradır. Buna görə iqtisadiyyatlarımız üzərindəki valyuta təsirini azaldacaq mexanizmləri tətbiq etməliyik. Yerli valyutalarla ticarətə əhəmiyyət verdiyimizi xüsusilə qeyd etmək istəyirəm”.




Ana səhifəyə qayıt        Baxış: 454          Tarix: 16-10-2019, 11:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma