Xəbər lenti

 

İslahata inam, etibar islahatın özündən öncə gəlir”

“İslahat istəyirsinizsə, Baş nazirin 6 müavin postlarını ləğv edin, dövlət büdcəsi hesabına müxtəlif nazirliklərdə MMC, SC-lər yaratmağa son qoyun, iqtisadi fəaliyyətlə məşğul olmağı nazirliklərə, komitələrə qadağan edin, bir-birinin fəaliyyətini təkrar edən müxtəlif dövlət qurumları yaratmağa son qoyun, idarəetmə xərclərini azaldın”. Hurriyyet.org xəbər verir ki, bu barədə keçmiş deputat Nazim Bəydəmirli “feysbuk” səhifəsində qeyd edib.

“Hər kəsin qanun qarşısında hüquq və vəzifə bərabərliyini təmin edin”

 “Məsələn, Gömrük komitəsini ləğv edib, Vergilər nazirliyinə birləşdirin və s., məmurların sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarını, yaxın qohumlarının biznesinə himayə etmələrini qadağan edin, kadrları regionçuluq, yerlibazlıq, qohumbazlıq və rüşvətlə təyin olunmasını birdəfəlik əngəlləyin. Hər kəsin qanun qarşısında hüquq və vəzifə bərabərliyini təmin edin. İslahatı aparmağı korrupsiyaya bulaşmamış, əhalinin etibar edə biləcəyi kadrlara həvalə etmək lazımdır. İslahata inam, etibar islahatın özündən öncə gəlir”,-deyə keçmiş deputat əlavə edib.

N. Bəydəmirli onu da vurğulayıb ki, sözdə yox, əməldə hüquqi dövlət və liberal bazar iqtisadiyyatını qurun..




Ana səhifəyə qayıt        Baxış: 328          Tarix: 18-10-2019, 17:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma