Xəbər lenti
Bu gün, 19:25

 

Keçmiş səhiyyə naziri Əli İnsanov siyasi təşkilat yaratdığını elan edib. Modern.az-ın məlumatına görə, Əli İnsanov Facebook-dakı səhifəsində bəyan edib ki, noyabrın 24-də tərəfdarları ilə toplantı keçirib və Haqq Ədalət Partiyasının Təşkilat Komitəsini yaradıblar. 


"İclasda partiyanın təsis konfransına qədər olan dövrdə görüləcək işlər barədə geniş müzakirə apardıq, partiyanın nizamnaməsi və proqramının yazılıb başa çatdırılması üçün tapşırıqlar verildi", - Əli İnsanov bəyan edib.

Təşkilat komitəsinin üzvlərinin 15 nəfərdən ibarət olması barədə qərar qəbul edilib.

Səsvermə yolu ilə Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə katibi seçiliblər.

Təşkilat komitəsinin üzvləri aşagıdakılardan ibarətdir:

1) Əli İnsanov - keçmiş səhiyyə naziri, Təşkilat Komitəsinin sədri 

2) İsfəndiyar Vahabzadə  - sabiq səfir

3) Qalibə Budaqova - Bakı Dövlət Universitetinin sabiq əməkdaşı, Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru, şəhid Milli Qəhrəman Tahir Həsənovun anası, Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri

Qeyd: Qalibə xanım partiyada təmsil olunmadığı barədə bəyanat verib - Ovqat.com

4) Mirədalət Talışxanov - hüquqşünas, Masallı rayon Məhkəməsinin sabiq sədri, Baş prokurorunun keçmiş köməkçisi.

5) Eyvaz Əliyev - Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sabiq sədri, Beyləqan rayon icra başçısının eks-müavini.

6) Oruc Muradov – Ukraynanın Xarkov şəhərində yaşayır, iqtisadçı, sahibkar,1988-1990-cı illərdə Xalq Hərəkatının fəal üzvlərindən biri.

7) İlqar Quliyev - ekoloq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq əməkdaşı, Azərbaycan Respublikaçılar Partiyası Sumqayıt şəhər təşkilatının sədri.

8) Babək Adıgözəlov - hüquqşünas,Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının idarə heyətinin sabiq üzvü

9) Yalçın Qəhrəmanoglu – Ukraynanın Kiyev şəhərində yaşayır, iqtisadçı mühəndis, sahibkar, Milli Şurasının üzvü.

10) Əfqan Sadıqlı - jurnalist, Azel TV-nin rəhbəri.

11) Zaur Bayramoglu – Qarabağ qazisi.

12) Murad Muradov - ictimai fəal

13) Rəşad Abbaslı - mühəndis,Təşkilat Komitəsinin katibi.

14) Fərrux Binətzadə - hüquqşünas, keçmiş polis zabiti.

15) Murad Quliyev- iqtisadçı hüquqşünas, Amerika Birləşmiş Ştatlarında tədqiqatçı




Ana səhifəyə qayıt        Baxış: 517          Tarix: 24-11-2019, 21:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma