Xəbər lenti

 

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatı gözlənilən nəticə əldə olunana qədər davam etdiriləcək.

Azərtac xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası haqqında yazılı açıqlamada bildirilib.

Məlumata əsasən, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində başladılan əməliyyat gözlənilən nəticələr əldə olunana qədər davam etdiriləcək. Bu zaman ərzində dinc əhaliyə zərər dəyməməsi üçün lazımi tədbirlərin görüldüyü bildirilir.

İclasda erməni məsələsinə də toxunulub. Türkiyənin Milli Təhlükəsizlik Şurası tərəfindən 1915-ci il hadisələri ilə bağlı tarixi və hüquqi əsaslardan uzaq, yalan iddialara əsaslanan qərarlar qətiyyətlə pislənib.




Ana səhifəyə qayıt        Baxış: 287          Tarix: 27-11-2019, 11:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma