Başda Azərbaycan olmaqla “Sülh çeşməsi” əməliyyatında yanımızda olan hər kəsə təşəkkür edirəm.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 14-də Dünya Türk Biznes Şurasının (Dünya Türk İş Konseyi - DTİK) Bakı görüşündəki çıxışında deyib.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə “Sülh çeşməsi” əməliyyatı ilə Suriya sərhədindəki terrorçuları məhv edərək ölkədəki miqrantların öz vətənlərinə qayıtması üçün təhlükəsiz şərait yaradacaq. Türkiyə bu əməliyyatları bütün təzyiqlərə baxmayaraq, sona qədər davam etdirəcək. \\Yeniavaz.com