Oynayacaq da... Hüquqi torpaqlarımızın 20 faizi 30 il əllərində qala-qala erməniləri Bakıda irişə-irişə qarşılayırıq...
Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan dünən - noyabrın 28-də Azərbaycanla düz sərhəddə yerləşən Tavuş rayonunun Movses kəndində olub.
Ovqat.com Moderator.az-a istinadən xəbər verir ki, işğalçı ölkə saytlarının yaydığı məlumata görə, Ermənistanın 1-ci xanımı bu haqda özünün “Facebook” səhifəsində paylaşım edib. A.Akopyan İrəvandan 249 km məsafədə yerləşən kəndin orta məktəbinə də baş çəkib, şagirdlərlə erməni rəqslərinin popurrisini oynayıb...
P.S. Oynayacaq da... Hüquqi torpaqlarımızın 20 faizi 30 il əllərində ola-ola soydaşlarını Bakıda irişə-irişə qarşılayıb yedizdirib-içizdirib yola salırıq... Özü də əri ilə birgə tarixi torpaqlarımızda ağalıq, xanımlıq edir...
Paylaş: