Washington Post”-un “Əfqanıstan sənədləri: müharibənin gizli tarixi” silsiləsində iddia olunur ki, “ABŞ-ın yüksək vəzifəli məmurları 18 illik kampaniya boyu Əfqanıstandakı müharibə haqqında həqiqəti söyləyə bilməyiblər”. Buş və Obama administrasiyasının Əfqanıstan siyasətinin həm iştirakçısı, həm də tənqidçisi kimi, bu ittihamın ifrat şişirdilmiş olduğunu bildirirəm.
Əfqanıstandakı xüsusi elçi olaraq 2001-02 və 2013-14-cü illərdə Amerikanın Əfqanıstana hərbi müdaxiləsi mövzusunda Buş və Obama administrasiyalarının müzakirələrində iştirak etmişəm. Hər iki debat, bir çox digər məsələlər kimi, sənədləşdirilib və onlarda minimumçularla maksimumçuların kim olduğu göstərilib.
2002-ci ildə müdafiə naziri Donald Ramsfeld, 2014-cü ildə prezident Obama müdaxiləni minimallaşdırma tərəfdarları idi. Onlar səmimi-qəlbdən inanırdılar ki, Əfqanıstandakı Amerika qüvvələrinin həcmini və missiyasını ciddi şəkildə məhdudlaşdırmaq Amerikanın maraqlarına ən yaxşı şəkildə xidmət edəcək (Rumsfeld İraqda da eyni fikri müdafiə edib.).
Əvvəlki onillikdə Bosniya və Kosova ilə əlaqəli təcrübəmə əsaslanaraq, 2002-ci ildə daha çox qoşun yığma və 2014-cü ildə daha az əsgər göndərmə tərəfdarı idim. Hər iki halda da bu mübahisədə uduzdum.
Bu mübahisələr fərdi qaydada aparılıb, lakin həmin vaxt mediaya məlumat verilib.
“Washington Post”-un silsiləsində bir neçə tənqidi müşahidələrim qeydə alınıb, amma sanki bunlar yeni “ayələr”dir, halbuki onlar mənim çoxdankı qeydlərimdir.
2002-ci ildə və 2014-cü ildə vəzifədən getdikdən sonra həmin daxili müzakirələrin ətraflı şəkildə dərc etmişdim. Təcrübəmə əsasən, qalib gələnlər səmimiyyətlə qərarlarının yaxşı olduğunu hiss və onları açıq şəkildə müdafiə ediblər. Həm Ramsfeld, həm də Obama. Digərləri qanuni əmr və lazımi qaydada qərarları düzgün həyata keçirməyə başlayıblar.
2001-ci ildən bəri hər üç administrasiya Əfqanıstanda dövlət quruculuğu ilə məşğul olmadıqlarını iddia ediblər. Lakin ABŞ-ın dəstəklədiyi proqramların çeşidi barədə heç bir sirr yox idi. 2014-cü ildə Obama Amerika döyüş əməliyyatlarının başa çatdığını elan edib, lakin Amerika qüvvələrinin Əfqanıstan ordusuna tövsiyə və dəstək verəcəyini, əks-terror missiyaları keçirəcəyini bildirib.
Missiyanı daha rahat şərtlərlə təqdim etmək üçün icra edilən semantik səylər, aldatma kimi qəbul edilə bilməz, çünki ABŞ-ın Əfqanıstandakı fəaliyyəti geniş media hesabatlarına və Konqresin araşdırmasına məruz qalıb.
Başqalarının qeyd etdiyi kimi, “Washington Post”-un məqalələrində göstərilən çoxsaylı çatışmazlıqlar, səhvlər və daxili siyasət mübahisələri Əfqanıstanın yenidən qurulmasına dair xüsusi müfəttişin məruzə mövzusu olub.
Bu silsilənin Pentaqon sənədlərinə istinadı yanıltıcıdır. Amma həm də onu göstərir ki, sənədləri hazırlamış məmurların yazdıqları ilə söylədikləri üst-üstə düşmür.
Amerika xalqı ən azı on ildir ki, bu müharibədən bezib. Ardıcıl administrasiyalar, daha pis bir nəticəni çökdürmədən Amerikanın iştirakını məhdudlaşdırmağa doğru addımlar atıblar. Günahlar çoxdur. Yanlış düşünməyə vicdansızlığı əlavə etmə yalnız suyu bulandırır və lazımi düşüncə və dərslərin çıxarılmasını çətinləşdirir.
Strateq.az
Paylaş: