Xəbər lenti

ABŞ İraq və Suriyada aldığı dərsləri yeni müstəmləkəsində tətbiq edəcək
ABŞ-ın xarici işlər naziri Reks Tillerson ölkəsinin yeni Əfqanıstan strategiyasını açıqladıqdan dərhal sonra Vaşinqtonda mətbuat konfansı keçirib.

Publika.az xəbər verir ki, nazir Pakistanla ABŞ arasındakı tarixi əlaqələrə diqqət çəkərək Əfqanıstan mövzusunda Pakistanın daha çox məsuliyyət daşıması lazım olduğunu deyib.

R.Tillerson son zamanlarda rəsmi İslamabad ilə Vaşinqton arasında etibarsızlığın yaranması probleminə də diqqət çəkib:

“Son illərdə iki ölkə arasında bir-birinə qarşı etibarsızlıq yaranıb. Çünki terror təşkilatları Pakistanı təhlükəsiz bölgə halına gətirərək ABŞ əsgərlərinə edəcəyi basqın və hücumları burada planlayır. Eyni zamanda Əfqanıstandakı sülhə mane olur”.

Nazir bir neçə şərt qarşılığında ABŞ-ın Pakistanı terrorçu qruplardan qorumağa hazır olduğunu bildirib. O, ölkəsinin Əfqanıstanda tətbiq edəcəyi yeni strategiyanı ABŞ-ın Suriya və İraqda İŞİD terror təşkilatına qarşı apardığı mübarizədən dərs çıxararaq hazırladığını söyləyib.

R.Tillerson Əfqanıstan strategiyasında Hindistanın mövqeyinin də önəmli olduğunu dilə gətirib:

“Hindistan Amerikanın çox önəmli regional müttəfiqidir. Başda iqtisadiyyat sahəsi olmaqla, Əfqanıstan hökumətinə çox böyük dəstək verdilər. İnkişaflarına yardım etdilər”.

Əfqanıstanın sabit bir ölkəyə çevrilməsi üçün iqtisadiyyatının düzəlməsinin önəmini vurğulayan nazir gələn həftə bu mövzuda Hindistanda toplantı təşkil ediləcəyini deyib.




Ana səhifəyə qayıt        Baxış: 863          Tarix: 23-08-2017, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma