Xəbər lenti

 

Azərbaycan uşaqların cinsi istismardan və cinsi zorakılıqdan qorunması haqqında konvensiyanı (Lanzarote Konvensiyası) ratifikasiya edən 46-cı dövlət olub.

Dekabrın 20-də Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi Fəxrəddin İsmayılov bu qurumun baş katibinin müavini Qabriella Battaini-Draqoninin iştirakı ilə ratifikasiya sənədini təqdim edib. Azərbaycanda konvensiya 2020-ci il aprelin 1-də qüvvəyə minəcək.

“Uşaqlara qarşı seksual zorakılıq ən iyrənc cinayətdir, təəssüf ki, bu, Avropada çox yayılıb. Mən Azərbaycanın Lanzarote Konvensiyasını ratifikasiya etməsini alqışlayıram və daha çox dövlətləri bu prosesə qoşulmağa çağırıram,” baş katibin müavini Qabriella Battaini-Draqoni deyib.

Avropada 18 yaşınadək hər beş uşaqdan biri seksual zorakılığın qurbanıdır. Lanzarote Konvensiyası qurbanların müdafiəsi və günahkarların təqib edilməsi üçün uşaqlara qarşı seksual cinayətlərin bütün növlərinin (o cümlədən internetdə) kriminallaşdırılmasını dövlətin üzərinə öhdəlik kimi qoyur.

Konvensiya həmçinin ölkələrdən xahiş edir ki, seksual zəmində uşaqlara qarşı cinayətlərə dair işlər üzrə müddətin qurban yetkinlik yaşına çatdıqdan sonra effektiv araşdırmanın başlanması üçün yetərli olmasını təmin etsin.

"Amerikanın səsi"




Ana səhifəyə qayıt        Baxış: 389          Tarix: 22-12-2019, 09:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma