Televiziyada çalışdığım illərdə Bakı kəndlərinin tarixi haqda maraqlı bir layihə üzərində işləyirdik. İstedadlı rejissor Cəmil Şirinbəyli, təcrübəli operator Rafiq İsmayılov və mən səhər tezdən növbə ilə müxtəlif kənd və qəsəbələrdə olur, ağsaqqallardan, tarix müəllimlərindən, ekspertlərdən müsahibələr alır, Bakıətrafı qədim yaşayış məskənlərinin zəngin tarixi haqqında yeni məlumatları lentin yaddaşına köçürürdük. Məzarlıqlarda yaşı əsrləri ötən mamır basmış qəbir daşları, zamanın sınaqlarına sinə gərən d qədim hamam, karvansara, ovdan , su quyuları, pir və digər qədim abidələr xüsusilə böyük maraq doğururdu. Bəzən də indiyədək gizli qalan tarixi faktlarla da qarşılaşırdıq. Məsələn kəndlərin birində Əmir Teymurun bərbərinin qəbri olduğu təşbir edilən məzar daşı ilə qarşılaşmışdıq. Tarixçilərin danışdığı əhvalatlarda istinad edilən mənbələrdə hər dəfə təkrarlanan bir ad diqqətimi cəlb etmişdi. Sara Aşurbəylinin apardığı tədqiqatların əhatəsi, geniş miqyası məni hər dəfə heyrətə salırdı. Qadın alimimiz haqda daha ətraflı məlumat əldə etmək üçün sonradan onun həyatı və fəaliyyəti ilə yaxından maraqlandım. Çox əzablı və məşəqqətli bir ömür yolu keçdiyini, doğmalarının faciəli taleyi ilə yanaşı, ailəsinə məxsus sərvətlərin müsadirə edildiyini, bir parça çörək üçün müxtəlif işlərdə çalışdığını və digər ağır müsibətlər yaşadığını öyrənərkən bu milyonçu qızının dəmir iradəsi mənə qeyri-adi təsir göstərdi. Həqiqətən də haqlı olaraq onu XX әsrin tarixi hadisәlәrinin canlı ensiklopediyası adlandırıblar. Vətən naminә öz fәaliyyәtlәrindә möhtәşәm izlәr qoyan tarixi şәxsiyyәtlәrin әksәriyyәtinin müasiri olmuş, xidmәtlәri müqabilindә fəxri mükafatlar alan, sözün әsl mәnasında, millәtin qüruru sayılan, әmәkdar elm xadimi, tarixçi-alim Sara Aşurbәyli haqda öyrəndiklərim məni sözün müsbət mənasında təəccübləndirdi.
Aşurbәyovlar ailәsindә beş bacı vә bir qardaşın ilki olan Sara 1906-cı il yanvar ayının 27-dә Bakıda anadan olub.
Әvvәlcә Bakıda fәaliyyәt göstәrәn "Müqәddәs Nina" qızlar mәktәbindә tәһsil alan milyonçu qızı, mәlum 1918-ci il hadisәlәri ilә әlaqәdar olaraq ailәsinin Türkiyәyә köçmәsindən sonra İstanbulda Janna d. Ark adına kolleci qurtarıb. Bakıya döndükdәn sonra isә Aşurbәyli Bakı Dövlәt Universitetinin şәrqşünaslıq fakultәsinә daxil olub. Buranı bitirәrәk Şәrq vә Azәrbaycan tarixi üzrә ixtisaslaşıb. 1941-ci ildә Sara Aşurbәyli Azәrbaycan Pedoqoji İnstitutunun xarici dillәr fakultәsinә daxil olub. Burda o, qәrb dillәrindәn ingilis, fransız, alman, şәrq dillәrindәn isә әrәb, fars, vә türk dillәrinә mükәmmәl şәkildә yiyәlәnib. Ali tәhsilini başa vurduqdan sonra Sara xanım Azәrbaycan Dövlәt Universitetinin baş müәllimi, Azәrbaycan Pedoqoji İnstitutunda isә dekan vәzifәsindә çalışıb. Ali mәktәblәrdә Azәrbaycan tarixi, qәrb vә şәrq mәdәniyyәti һaqqında maraqlı və geniş məzmunlu mühazirәlәr oxuyub. Sonralar isә o, Azәrbaycan Tarixi Muzeyindә orta әsrlәr tarixi şöbәsinin müdiri, Azәrbaycan Elmlәr Akademiyasının Şәrqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi vә aparıcı elmi işçi vәzifәlәrindә çalışıb.1993-cü ildәn ömrünün son illәrinә qәdәr isә Sara Aşurbәyli Azәrbaycan Elmlәr Akademiyasının Arxeologiya vә Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi vәzifәsindә fəaliyyət göstərib.
Onun mənsub olduğu Aşurbəylilər nәsli elmi və xeyriyyə fәaliyyәti ilә məşhur olub. Bu nəslin nümayəndələrindən olan Nabat Aşurbəyova 1795-ci ildə Bakı şəhərində Qoca bəy Aşurbəyovun ailəsində dünyaya gəlib. O öz səxavəti və xeyirxahlığına görə ad qazanmış, neft mədənlərinə və bir çox böyük imarətlərə sahib olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yetimlərin müalicəsini öz üzərinə götürmüşdü. Tikdirdiyi hamam isə həftənin bir günü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirdi. Onun həyatındakı ən böyük işi Bakı şəhərində tikdirdiyi (1905-1914-cü illər) Təzəpir məscididir. Nəslin digər bir nümayəndəsi Hacı Əjdər Aşurbəyov da tanınmış mesanat olub.
Bakıdakı Əjdər bəy (Göy məscid Kimi tanınır)məscidini inşa etdirib. Bu nəsildə xeyriyyəçi insanlar çox olub, elə Sara xanımın atası , əmiləri də bu nəsil ənənəsinə həmişə sadiq olublar. Sara xanımın atası Balabәy Aşurbәyov 1882-ci ildә Bakının Sabunçu qәsәbәsindә anadan olub. Әvvәlcә Bakı Realnı peşә mәktәbindә oxuyan Balabәy Tiflisdә fәaliyyәt göstәrәn kommersiya peşә mәktәbindә tәhsilini davam etdirib. Balabәy Aşurbəyov o dövrdә neft sәnayesi sahәsindә tanınmış sahibkarlardan biri idi. O, xeyirxah әmәllәr yiyәsi vә sәxavәtli mesenat kimi tanınırdı. Anası, əslәn Şamaxıdan olan vә varlı tacir Polad Sultanovun qızı İsmәt xanım isə Tiflisdә anadan olub vә elә burda da gimnaziyanı bitirib. 19 yaşında ikәn o, Balabәy Aşurbәyovla ailә hәyatı qurub.
Hәyat yoldaşının etdiyi xeyirxahlıqları dәstәklәyәn vә onun kimi bir sıra nəcib missiyalı qurumlara, o cümlәdәn "Müqәddәs Nina" tәhsil ocağına göstәrilәn yardım işlәrindә yaxından iştirak edәn İsmәt xanım әrinin xalq düşmәni kimi güllәnmәsindәn sonra bir sıra tәqiblәrә mәruz qalıb. Bu zərbələrə dözə bilməyən İsmәt xanım 1954-cü ildә vәfat edib. Sara xanımın zadәganlığı, alicәnablığı, elmә vә ümumilikdә Azәrbaycanın tarixinә, mәdәniyyәtinә olan sonsuz mәһәbbәt vә xidmәti bu baxımdan irsi sayıla bilər. Sara xanım təkcә çox sevdiyi tarixlə kifayәtlәnmirdi. O hәm musiqiçi, hәm rәssam, hәm dә gözәl filosof idi. Hәlә İstanbulda Müqәddәs Janna d. Ark kollecindә yiyәlәndiyi alman dili, Pedoqoji İnstitutda tәhsil alarkәn mükәmmәl şәkildә öyrәndiyi digәr әcnәbi dillәr hәyatının әn çәtin dönәmlәrindә ona yaxından kömәk edib.
Aşurbәyli Sara xanım Bakının tarixini әks etdirәn çox qiymәtli tәdqiqatların - tarix, mәdәniyyәt, incәsәnәtinә dair әhәmiyyәtli mәqalәlәrin müәllifi olub. Azәrbaycan tarixindә bu gün dә önәmli rol oynayan dәyәrli tarixi kitabların, elmi monoqrafiyalırın, yüzlәrlә mәqalәnin müәllifi, bir sıra beynәlxalq konfransların iştirakçı olan Sara xanım tarix elmlәri doktoru, әmәkdar elm xadimi, dövlәt mükafatı laureatı kimi yüksәk adlara layiq görülüb. Azәrbaycan dövlәtinin әn ali mükafatı sayılan "Şöhrәt ordeni" mükafatına isә Sara xanım 1996-cı ildә 90 illik yubileyi әrәfәsindә layiq görülüb. Fədakar tədqiqatçı alım 2001-ci il iyulun 17-dә 96 yaşında vәfat edib. Biz Ovqat. com ailəsi olaraq Azərbaycanın zəngin tarixi keçmişi və mədəniyyəti ilə bağlı fundamental və möhtəşəm əsərlər yadigar qoyub gedən Sara xanım Azurbəylinin əziz xatirəsini anadan olduğu gündə minnətdaləq hissi ilə yad edir və ona Allahdan rəhmət diləyirik.
Paylaş: