Xəbər lenti

 

“Yahoo Finance”-ın təhlilçisi Dion Rabuinə görə, Rusiya iqtisadiyyatı sanksiyaların yaratdığı çətinliyi dəf edib və maliyyə bazarları investorlara böyük gəlir gətirməyə hazırdır. Buna görə də, investorlar Rusiyaya pul yağdırırlar.

Rusiyanın makroiqtisadi göstəriciləri, şübhəsiz, güclüdür və Maliyyə Nazirliyi sanksiyalara cavab olaraq ciddi deflyasiya siyasəti yürüdür. Həqiqətən də, Rusiya müasir dövrdə monokrop (enerji) iqtisadiyyatı olduğu üçün nazirliyin əsas mövqeyi bu cür olub. Geniş iqtisadi sıxıntıları və böyüyən sosial-iqtisadi iğtişaşları azaltmaq üçün yeni hökumətin genişləndirmə siyasəti aparacağı ehtimal olunur. Bu meyllər qısa müddətdə Rusiya iqtisadiyyatına təkan verə bilər.

Lakin bu şəkil natamamdır. Rusiyanın enerji qiymətlərində böyük bir artım olmadan yola çıxacağını düşünən hər kəs vəziyyəti yenidən düşünməlidir. Qərbin təhlillərinə baxmayaraq, Rusiya, həqiqətən, kapitalist və ya bazar iqtisadiyyatı deyil. Bunun əvəzinə, dövlətin bütün iqtisadiyyatı idarə etdiyi və böyük hissəsinə (60%) sahib olduğu Moskovit avtokratiyası olaraq qalır.

Qanunda heç bir mülkiyyət hüququ və ya dövlət cavabdehliyi yoxdur, əmlak son nəticədə qanuni hüquq olmadığı üçün dövlətə xidmət müqabilində əldə edilir. Bu və digər şərtlər Rusiyanın iqtisadiyyatını güclü rəqabət əleyhinə olan qüvvələrə həssas edir. Bazarlar var, amma özü-özlüyündə heç bir bazar yoxdur. Böyümə baş verir, ancaq o sub-optimaldır. Məhsuldarlıq nisbətən aşağı səviyyədədir və texnoloji girişlər investisiyalardan maksimum gəlir gətirmir.

Bu arada, enerji istisna olmaqla, Rusiya texnoloji cəhətdən geri qalır və qlobal bazarlarda rəqabətədavamlı deyil.

Korrupsiya – sistemdir və yeni baş nazir Mixail Mişustin də daxil olmaqla, Putinin çevrəsindəki dövlət korporasiyaları və məiyyət tərəfindən udulur.

İnvestisiya üçün də ciddi maneələr var. 1994-cü ildən bəri Rusiyadan kapital axını keçən il 750 milyard dollara çatıb və ehtimal ki, onun bir hissəsi xarici banklardan investisiya olaraq geri qayıtsa da, bu məbləğ 1 trilyon dollara yaxındır.

Bir çox yüksək təhsilli ruslar başqa ölkələrə köç edirlər. Son plagiat qalmaqalının göstərildiyi kimi, Rusiya elmi, texnoloji təhsili və araşdırması ciddi struktur qüsurlarından əziyyət çəkir.

Rusiya infrastrukturu oxşar problemləri göstərir. Təkcə Virciniya əyaləti 11 saat zonasını əhatə edən bütün Rusiya Federasiyasından daha çox avtomobil yoluna malikdir.

Putin rejiminin də Arktikaya dair milli layihələri var. Lakin 2017-ci ildə dövlət büdcə vəsaiti olmadığına görə Arktikadakı mülki infrastruktur üçün nəzərdə tutulan xərclərin 90 faizini azaltmalı olub. Bununla belə, hökumətin bu bölgəyə aid iddialı planları artırılır və Putin hesab edir ki, iqtisadiyyatı yenidən bərpa edəcək. Lakin bu layihələr əslində, renta axtaran elitlər üçün olduğundan investisiyaların böyük hissəsi korrupsiyada udulacaq. Həm də Arktikada qarşıya çıxacaq ekoloji fəlakətlərin təsvirləri onları qarşılamaq üçün nə maraq, nə də imkan olduğunu göstərir.

Səhiyyədə də vəziyyət, demək daha bərbaddır. Putin bu yaxınlarda Rusiyada ömür uzunluğunun 73 yaşa çatdığını haqlı məmnuniyyətlə elan edib. Lakin bu, 1960-cı illərdəki vəziyyətdir və hökumət dövlət gəlirlərini artırmaq üçün xalqın sağlamlığına ayrılan pul kəsilib.

Bununla yanaşı, “Rusiya demoqrafiyasının azalma tendensiyasının yenidən başladığına” dair sübutlar var. Moskva və Rusiya əyalətləri kimi şəhərlər arasında ömrün uzunluğunda daha kəskin fasilələr mövcuddur, ölümlər yenidən doğuşları qabaqlayır və əhalinin azalması qaçılmaz görünür.

Nəhayət, müdafiə yükü, Riçard Konollinin son yazısından göründüyü kimi, o, təsəvvür ediləndən daha böyükdür. Rəsmi valyuta məzənnələrinə əsaslanan qiymətləndirmələrdə iddia olunur ki, Rusiya hər il müdafiəyə yalnız 60 milyard dollar xərcləyir, həqiqi rəqəm isə 180 milyard dollara yaxındır, bu üç dəfə çoxdur və Rusiyanın 2018-ci ildəki ÜDM-nin 9-10 faizini təşkil edir.

Həqiqətən də, sovet iqtisadiyyatı kimi, Rusiya iqtisadiyyatı insan kapitalına və ya texnologiyaya artım və ya investisiya qoyuluşundan daha çox müdafiə xərclərinə optimallaşdırılıb. Bundan əlavə, sanksiyalar, Rabuinin həssas qiymətləndirməsinə baxmayaraq, texnologiyaya qoyulan xarici sərmayələri, ən azı enerji hasilatını boğmaqdadır. Rus elminin və texnikasının xüsusiyyətlərini nəzərə alsaq, mövcud rejim şəraitində texnologiyaya qoyulan sərmayənin hərbi sektorda deyil, mülki sektora maksimum gəlir verməsi ehtimalı azdır.

Buna görə də, Rusiya iqtisadiyyatını, əslində, deformasiyaya uğramış və ya yanlış yönəldilmiş Qərb iqtisadiyyatı kimi yox, ayrıca quruluş kimi təhlil etməliyik. Onu sahibləri görən kimi görməliyik. Karnegi Fondundan Dmitri Treninin təbirincə, Rusiyaya sahib olan insanlar tərəfindən istədiyi müddətcə idarə olununca o, Qərb iqtisadi trayektoriyasına tabe olmayacaq.

Həqiqətən, Putinin yeni islahatları Qərb və 300 illik Rusiya tarixinə zidd olaraq Asiya modellərini izləyir. İqtisadiyyatın və dövlətin əsas mahiyyətini düzgün qiymətləndirsək, aydın olur ki, investorlar qısa müddətli canlanma və hökumət daha çox stimullaşdırma siyasəti tətbiq etsə də, Rusiya iqtisadiyyatının struktur qüsurlarını aradan qaldırmaq üçün kosmetik islahatlar yetərli olmayacaq.

 Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 268          Tarix: 27-01-2020, 13:04      


Paylaş: