Xəbər lenti

  

 

 “Bakı şəhərinin Qaradağ rayonuna aid Lökbatan qəsəbəsinin şimal-şərqində yerləşən “Qobu Park” yaşayış kompleksində təxminən 6 min məcburi köçkün yaşayır. Onlar ölkənin cənub-qərbində yerləşən Qarabağ regionundakı doğma evlərini erməni hərbi birləşmələrinin işğalı nəticəsində tərk etməyə məcbur olublar. Onda regionda qeyri-sabitliyin hökm sürürdüyü, müharibənin qızğın vaxtı idi...”

Ovqat.com xəbər verir ki, Böyük Britaniyanın “EU Today” nəşrinin 9 fevral parlament seçkilərinə həsr etdiyi yazı belə başlayır.

Yazıda qeyd olunur ki, “Qobu Park” yaşayış kompleksinin sakinləri münaqişə nəticəsində məcburi köçkünə çevrilmiş 1 milyon azərbaycanlının bir qrupudur. Azərbaycanlı məcburi köçkünlər ölkə boyu ən azı 110 belə yaşayış kompleksində məskunlaşdırılıblar.

Bu il fevralın 9-da azərbaycanlı məcburi köçkünlər də digər həmvətənləri kimi, parlamentə öz nümayəndələrini seçmək üçün səs veriblər.

Məcburi köçkünlərin doğma torpaqları düşmənin işğalı altında olsa da, bu insanlar da digər Azərbaycan vətəndaşları kimi, səsverməyə gedib, parlamentdə onları təmsil edəcək, onlara dəstək verəcək nümayəndələrini seçiblər.

 

Beynəlxalq jurnalistlərin tərkibinə daxil olan “EU Today” saytının komandası məhz “Qobu Park” yaşayış kompleksi ərazisində keçirilən seçkini müşahidə edib. Əməkdaşlarımız orada Qarabağdan olan məcburi köçkünlərlə söhbətləşib.

Doğma torpaqlarının işğalından xeyli vaxt keçməsinə, münaqişənin həlli prosesinin “dalana dirənməsinə” baxmayaraq, məcburi köçkünlər seçkidə hədəflərini dəqiq müəyyənləşdirmişdilər: onlar öz deputatlarını seçməli idilər. Doğrudur, məcburi köçkünlər doğma evlərinə qayıdacaqlarına əmindirlər – bu və ya gələn il olmasa belə. Onlar hər an buna hazırlaşırlar.

“Mən millət vəkilindən nə istəyirəm? Buraya gəlməsini, mənimlə söhbətləşməsini, problemlərimi dinləməsini. Ondan pul istəmirəm ki. Səsimin eşidilməsini istəyirəm, doğma torpağıma qayıtmağı arzulayıram. Mənim əsas arzum Qarabağa qayıtmaqdır! 25 ildir o anı gözləyirəm!”, - deyə məcbur köçkünlərdən biri bizimlə söhbətində bildirir.

Zəngilandan olan digər məcburi köçkün əvvəllər müəllim işləyib. O, saytımıza kiçik Zəngilan şəhəri sakinlərinin müharibədə erməni hərbi birləşmələrinin mühasirəsinə düşməsindən danışıb. Ermənilər onları 3 tərəfdən əhatəyə alıbmış, cənubda isə Araz çayı. O zaman mülki əhali çayı yararaq qonşu İrana keçə bilibmiş. Bu, Qafqazın ən uzun çayı olan 1072 kilomterlik Arazın axınının eks-prezident Heydər Əliyevin əmri ilə dayandırılması sayəsində mümkün olub. Nəticədə çayda suyun səviyyəsi xeyli azalıb və beləliklə, azərbaycanlılar ölkənin indiki prezidentinin atası Heydər Əliyevin Arazın axınının müvəqqəti dayandırılması əmri sayəsində xilas ola biliblər.

 

“Oktyabrın 30-na keçən gecə, yəni erməni hərbi birləşmələrinin hücumu zamanı hava soyuq idi. O zaman Ermənistana Rusiya da dəstək verirdi. Biz həmin dövrdə zəif idik. Mən müəllim işləyirdim. Tapançam belə, yox idi. Əgər Heydər Əliyev bizi xilas etməsəydi, biz də Xocalı şəhərinin əhalisinin taleyini yaşayacaqdıq (erməni hərbi birləşmələri 1992-ci il fevralın 26-da Xocalıda 600-dən çox azərbaycanlını qətlə yetirib)”, - deyə məcburi köçkün vurğulayır.

Bu arada, hazırda Ermənistan işğal altındakı Zəngilana Suriyadan olan erməni qaçqınları köçürməklə məşğuldur.

“Qobu Park” yaşayış kompleksinin sakinləri əvvəllər ya qohumlarının yanında, ya da şəraiti heç də yaxşı olmayan evlərdə yaşayırlarmış. Bu gün isə onlar hökumət tərəfindən tikilmiş müasir mənzillərdə məskunlaşıblar. Üstləik, indi burada müasir avadanlıqlarla təchiz edilmiş məktəblər, idman kompleksləri də var. Gənc məcburi köçkünlər Azərbaycan universitelərində pulsuz təhsil alır.

Bir sözlə, bu gün buradakı məcburi köçkünlər bir yerdə, təhlükəsiz şəraitdə yaşayır.

Qobu Park” yaşayış kompleksində yaşayan məcburi köçkünlər arasında hökumətə, xüsusilə dövlət başçısına böyük inam müşahidə edirik. Müharibənin dağıdıcı fəsadlarına baxmayaraq, onların demokratik institutları bu gün qorunub-saxlanır və fəaliyyət göstərir. Onlar vətəndaşlıq öhdəliklərini yerinə yetirərək, deputat da seçirlər. Burada yaşayan məcburi köçkünlər səbrli, məğrur və ləyaqətli insanlardır. Onlar üçün bütün məsələlərdən üstün olan bir məqsəd var: bu insanlar doğma evlərinə qayıtmaq istəyir.

“Biz doğma vətənimizə qayıtmaq istəyirik. Burada rahat deyilik. Azərbaycan prezidenti İlham Əliyev bizi doğma evimizə qaytaracağına söz verib”, - deyə məcburi köçkünlərdən biri bildirir.

Qeri Kartrayt




Ana səhifəyə qayıt        Baxış: 1 555          Tarix: 16-02-2020, 02:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma