Xəbər lenti

  

Naxçıvan Ali Məclisi bu gün öz sədrini seçib.

Yenə bütün deputatlar yekdilliklə Vasif Talıbova səs veriblər.

Naxçıvan MR MSK-nın məlumatına görə, seçicilərin 94.6 fazinin səsini qazanan Vasif Talıbovun deputatların 100%-nin səsini ala biləcəyi gözlənilməz deyildi. Buna görə də, bu seçimin alternativsiz olacağı da şübhə doğurmurdu.

25 ildir Naxçıvana rəhbərlik edən Vasif Talıbovun bu vəzifəyə namizədliyi açıqlananda hər kəsin ayağa qalxıb möhtəşəm qələbə münasibətilə Cənab Sədri alqışlamasını isə xüsusilə görməyə dəyərdi.

Lap sovet dövrünün gurultulu alqışlarını xatırladan video-görüntünü Ovqat.com oxucularına təqdim edirik.




Ana səhifəyə qayıt        Baxış: 1 045          Tarix: 24-02-2020, 21:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma