Xəbər lenti

 

Qüdrət Həsənquliyev: 'Hər iki düşərgədə islahatları dəstəkləyənlər və ona qarşı bütün gücü ilə müqavimət göstərmək istəyənlər var"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi

- Qüdrət bəy, seçkilərdən sonrakı dövrü necə proqnozlaşdırmaq olar? İddia olunduğu kimi Milli Şura ilə iqtidar daxilindəki hansısa qüvvələrin iş birliyi mümkündürmü?

- Mənim müşahidələrimə görə, belə bir işbirliyi artıq mövcuddur. Bu gün Azərbaycanda klassik mənada iqtidar-müxalifət münasibətləri mövcud deyil. Hər iki düşərgədə islahatları dəstəkləyənlər və ona qarşı bütün gücü ilə müqavimət göstərmək istəyənlər var. Bəzi hadisələri bildiyimdən deyə bilərəm ki, son illər xaricə qaçıb, hazırda özlərini çox ədəbsiz aparan insanların bəzilərinə onların, ailə üzvülərinin xahişi ilə, insanlara ikinci bir şans verilməsinin tərəfdarı kimi kömək etmişəm. Onların bəziləri nələrinsə qarşılığında nəinki radikallıqdan imtina etməyə, hətta Prezidentin iti olmağa razı idilər. Amma onlar sonradan iqtidar daxilindəki bəzi əxlaqsız mafiozlar tərəfindən ələ alınaraq məsədyönlü şəkildə narazı salındılar, Prezidentə təzyiq edib islahatları dayandırmaq məqsədilə onu, ailə üzvülərini və islahatları müdafiə edən şəxsləri söydürmək üçün xaricə göndərildılər. İndi həmin adamlar hərdən mənə də hürməklə keçmişlərini unutdura biləcəklərini düşünürlər. Amma onlara sifariş verən namussuzlar anlamırlar ki, üzdə prezidentin ayağını öpüb arxada belə şərəfsiz işlərlə məşğul olmağın axırı yoxdur. Cidanı çuvalda gizlətmək olmaz və hər kəs gec- tez ifşa olunaraq layiq olduğu cəzanı alacaq. Milli Şuranın "lideri" isə başının dəstəsi ilə nahaq yerə "fit müxalifəti" adını qazanmayıb. Hamı bilir ki, o tapşırıqla 19 oktyabrda razılaşdırılmamış aksiya keçirdi. Çünki orta sıviyyədən aşağı siyasətçi də seçkilərə 10 aydan az qalmış bir dövrdə polislə toqquşmaya getməzdi. Aranı qarışdırmaq istəyən daxili və xarici qüvvələr ondan istifadə etmək istədi, amma iqtdar sifarişçilərdən daha qabiliyyətli olduğundan Əli Kərimlidən daha çox faydalandı. Artıq hər kəs kluarlarda danışır ki, o saxlanılarkən sonradan təsvir etdiyi "polisin vanna otağında", seçkilərə qatılmayacağı barədə öhdəlik götürüb. Ona görə də hətta seçkiləri müşahidə də etmədi.

-Bu cür alverçi və dələduz təfəkkürlü, eyni zamanda qorxaq insanların birləşməsi nəyi dəyişə bilər ki?

Bu adamların bacardıqları yalnız təhqir və böhtandır. Milli Şuranın başında duranlara həmişə müraciət etmişəm ki, öz gədələrinizi təhqirdən çəkindirin. Bunu etmirsinizsə deməli həmin təhqirlərin 10 qat artığını eşitmək istəyirsiniz. Milli Şuranın təbliğatı ilə məşğul olan, xaricə qaçmış Əli Kərimlinin şöbə müdiri, vaxtilə Əli Kərimlini təhqir etmiş , özü kimi korlanmış bir şizofrenniklə öz kanalında həvəslə başqalarını təhqir edirsə, deməli bu ləyaqətsizlər əmin olsalar ki, Əli Kərimlini alçatmaqla Parlamentdən didərgin salan adam da bu iqtidar əleyhinə nəsə deyə bilər, onu da hər gün efirə çağırıb eyni qaydada söhbət edərlər.Həm də Əli Kərimlinin xeyir duası ilə.. Budur bu adamların əxlaqı, mənəviyyatı. Xalqımız artıq onları yaxşı tanıdığından belələrinin birləşməsi heç nəyi dəyişməz.

-Qüdrət bəy iqtidar tərəfindən siyasi mühacirlərə müraciət olunarsa ki,vətənə qayıdın və təqib olunmayacaqsınız .Bu halda onların geri qayıtma ehtimalı nə qədərdir? Siz beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus hesab olunan şəxslərin azad olunmasına necə baxırsınız?

-Siyasi motivlərlə mühacirətə getdiyini bəyan edənlərin geri qayıtmasının təminatı kimi Milli Məclis aministiya haqqında qərar qəbul edə bilər. Amma böyük pullar qarşılığında söyüş üçün mühacirətə göndərilənlər geri dönməz. Əvvala, başa düşürlər ki, dövlət onları bağışlasa da, çoxları heç vaxt o ağır təhqirləri onlara bağışlamayacaq .
Siyasi məhbusların azad olunmasına gəldikdə isə biz bilirik ki, beynəlxalq insan hüquqlarını müdafiə təşkilatlarına onları maliyyələşdirən dövlətlər tərəfindən tapşırıq gəldikdə bu və ya digər ölkəyə "xüsusi diqqət" göstərirlər. Biz bu acı reallığı öz siyasətimizdə və fəalyyətimizdə mütləq nəzərə alıb, şəxsiyyət əleyhinə ağır cinayətlər törətmiş səxslər istisna olmaqla, beynəlxalq insan hüquqlarını müdafiə təşkilatları tərəfindən siyasi məhbus hesab olunan şəxsləri azad etməliyik. Çünki ölkələrin insan haqları ilə bağlı beynəlxalq imicini həmin təşkilatlar öz rəyləri ilə formalaşdırır. Həm də onların çoxu təyin olunmuş cəzalarının əhəmiyyətli hissəsini çəkib və düşünüb nəticə çıxarmaları üçün də kifayət qədər vaxtları olub.

- Qüdrət bəy, Lənkəranda DSK-ya namizədliyi BAXCP tərəfindən irəli sürülmüş Mübariz bəyin Qubad İbadoğlunun qızı ilə bağlı məsələyə münasibət bildirərkən öz etnik mənsubiyyətini qabartmasını necə qarşıladınız?

- Çox məyus oldum. Mən öz türk milli kimliyimlə fəxr etdiyim kimi hər kəs öz milli kimliyi ilə, o cümlədən Mübariz bəy də talış olması ilə fəxr edə bilər. Amma bunu siyasi və hüquqi məsələlərə qatmaq olmaz. Mübariz bəy öz səhvini başa düşüb üzr istədi. Digər məsələlərlə bağlı BAXCP-nin mövqeyini isə sədr müavini Niyaməddin bəy açıqlayıb və mən təkrar o məsələlərə qayıtmaq istəmirəm. \\Xalqcebhesi.az




Ana səhifəyə qayıt        Baxış: 1 309          Tarix: 25-02-2020, 22:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma