Xəbər lenti


Oliver O`Konnel
“Independent”, 04.04.2020
Koronavirus pandemiyası ilə mübarizə üçün bu həftə Moskvadan Nyu-Yorka daşınan havalandırma qurğularını hazırda ABŞ sanksiyalarına məruz qalan bir Rusiya şirkəti hazırlayıb.
“NBC News” xəbər verir ki, Nyu-Yorkun Con F. Kennedi hava limanında çox ehtiyac duyulan havalandırma qutularının boşaldılması ilə, “Aventa-M” adlı havalandırma qurğusunun sanksiya altında olan bir Rusiya firmasının törəmə şirkəti tərəfindən istehsal olunduğu ortaya çıxıb.
Rusiya media qrupu RBC müəyyənləşdirib ki, istehsalçı Moskvanın təxminən 1000 mil şərqində, Çelyabinskdə yerləşən Ural Cihazqayırma zavodudur (“Уральский приборостроительный завод”). Bu zavod “Rostex”in müdafiə və texnologiya konqlomeratı birliyinin “Radio-Elektrik Texnologiyaları”nın («Радиоэлектрические технологии» (КРЭТ) bir bölməsidir.
Həm KRET-ə, həm də “Rostex”ə 2014-cü ildən bəri ABŞ tərəfindən sanksiya tətbiq olunub, ABŞ firmaları və vətəndaşlarına onlarla iş aparmaq qadağan edilib.
Sərinkeşlərin təhvili Bazar ertəsi günü prezident Donald Tramp və prezident Vladimir Putin arasında telefon danışığından sonra baş verib.
Kreml tərəfindən humanitar missiya olaraq xarakterizə edilən avadanlıqların Rusiya Federasiyasının ianəsi olduğu ehtimal edilib. Ancaq Dövlət Departamentinin bir açıqlaması bu fərziyyəyə düzəliş verib. “Prezident Tramp və prezident Putin arasında martın 30-da baş tutan telefon söhbətindən sonra Birləşmiş Ştatlar aprelin 1-dən etibarən, sonradan Nyu-York FEMA-ya təhvil verilmiş, Rusiyadan lazımi tibbi ləvazimatlar, o cümlədən havalandırma cihazları və fərdi mühafizə vasitələri almağa razılıq verib”.

Nothing to see here. Just a Russian military aircraft landing at JFK with 60 tons of medical supplies to support America’s #COVID19 response. A propaganda bonanza as our own government shrinks from America’s leadership role in a global crisis. 



20.3K

11.6K people are talking about this

Lakin Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya mediasına açıqlamasında bildirib ki, yükün dəyəri ABŞ və Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) arasında 50/50 nisbətində bölünüb. RDIF 2015-ci ildən bəri ABŞ-ın sanksiyaları altındadır.
Bununla yanaşı, Dövlət Departamentinin bir işçisi “NBC News”-a deyib: “Rusiya Birbaşa İnvestisiya Fondu tibbi avadanlıq və ləvazimat təchizatı ilə bağlı əməliyyatlara tətbiq edilməyəcək müəyyən borc və kapitalla əlaqəli sektor sanksiyalarına məruz qalır”.
Bu hərəkət Atlantikanın hər iki tərəfində fırtınaya səbəb olub. Trampın tənqidçiləri sazişin təbliğat məqsədi ilə istifadə edilərək nüfuz qazanmada Putinə kömək etdiyini deyib; Putinin tənqidçiləri isə Rusiyada çox ehtiyac olduğu halda ABŞ-a bu cihazın nə üçün göndərildiyini sorğulayıblar.
Bir qrup rus tibb mütəxəssisi, Həkimlər Alyansı “tweet” atıb: “Çox yaxşı, əla. Biz tibbi personalımız üçün qoruyucu vasitələri almaq niyyəti ilə ianələr toplayırıq, səlahiyyətlilərimiz isə ABŞ-a [fərdi qoruyucu vasitələr] satır. Bu, sadəcə farsdır”.
“Reuters” xəbər verir ki, xanım Zaxarova böhranlı bir zamanda ABŞ-a kömək etmək üçün Moskvanın səmimi jestinə, məramına şübhələnənlərdən təəccübləndiyini və məyus olduğunu bildirib. “Məgər ABŞ-da ventilyasiya cihazlarına ehtiyac yoxdur? İstəmədikləri təqdirdə, Rusiya onları geri ala bilər”.
Tərcümə: Strateq.az



Ana səhifəyə qayıt        Baxış: 2 364          Tarix: 4-04-2020, 12:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma