Xəbər lenti
Dünən, 19:25

Daxili “dərin hesablaşma” həm ABŞ-ı, həm də bütün dünyanı kataklizmlərlə üzləşdirib; Ağ Ev sahibinin ordu üzərindən “dərin güclər”ə həbs mesajı verdiyi, minlərlə sərvət sahibinin qandallana biləcəyi ehtimal olunur; ABŞ-da növbəti prezident seçkiləri də təxirə salınarsa, bu, dünya iqtisadiyyatını tamamilə çökdürə bilər…

Bundan əvvəlki iki yazımızda koronavirusun yayıldığı ilk günlərədən başlayaraq, müşahidə edilən şübhəli məqamlardan danışmışdıq. Şayiə yayma, qorxu və xof yaratma yoluyla ümumbəşəri itaət texnologiyasından necə istifadə olunduğundan bəhs etmişdik. Hədəfə alınan üç dövlətin “günah”larını sadalamışdıq, onların niyə ilk qurban olaraq, seçilmələrinin səbəblərinə aydınlıq gətirməyə çalışmışdıq.
Bu yazımızdasa, daha çox dünyanı şəriksiz idarə etməyə iddialı olan “dərin güclər” arasındakı savaşa diqqət yetirməyə çalışacağıq. Və onların bioloji silah tətbiqiylə start verdikləri Üçüncü Dünya Savaşında can atdıqları ehtimal olunan hədəflərindən danışacağıq.
Hələlik savaş ilkin mərhələsindədir. Mütləq qalib və məğlub mövcud deyil. Dünyanın yenidən bölüşdürülməsi və fərqli şərtlər altında dizayn edilməsi etapına keçid etməyə də imkan tapmayıblar.
Yəni, sadəcə, bioloji silahı tətbiq edib, “pusquya yatıblar”, müşahidə edirlər və dünyanı tam nəzarət altına almaq hədəfli prosesi öz ssenarilərinə uyğun şəkildə yönləndirməyə çalışırlar. Və o “böyük gün”ü iplə çəkirlər, yaxınlaşdırmağa can atırlar.
Ancaq hər şeyin onların istədiyi kimi getdiyi də bir qədər şübhə doğurur. Çünki günlər geçdikcə dünyanın “başına hördükləri corabın ipləri də sökülməkdədir”. İnsanlar artıq baş verənlərin fərqinə varmağa, reallıqları anlamağa başlayıblar. Yəni, bəzi məsələlərin üzərindəki “sirr pərdəsi” nazilməkdədir.
Ona görə də, “cidanı çuvalda gizlətmək”də də artıq çətinlik çəkirlər. Hər halda, koronavirusun bir bioloji silah olduğu tədricən təsdiqlənməkdədir. Hətta bunun bəzi rəsmi sübutları da artıq ortaya çıxmaqdadır. Və kifayət qədər “uca səs”lə, dolayısıyla da olsa, etiraf edilməkdədir.
ABŞ Konqresi general Süleymaninin öldürülməsini "təxribat ...

Bioloji silah olduğunu etiraf edirlər, sadəcə, sahib çıxmırlar

Məsələn, ABŞ bəyanlamışdı ki, dünyaya yayılan epidemiyaya görə Çin günahkardır. Çin isə bunun cavabını gecikdirməmişdi. Bu ölkənin XİN rəsmisi koronavirusun Çinə ABŞ hərbçiləri tərəfindən gətirildiyini vurğulamışdı. Əgər, kimsə gətiribsə, deməli, bioloji silahdır.
Digər bir önəmli sübut isə ABŞ parlamentindəki son müzakirələrdə ortaya atılan iddialardır. Həmin müzakirələrdə “Bu, Çinin bioloji silahıdır” iddiaları səsləndirilmişdi. Eyni zamanda Çinin bu virusu bütün dünyaya və ABŞ-a yaydığı vurğulanmaqla, bu ölkənin 4 trilyon dollarlıq kompensasiya ödəməli olduğu qabardılmışdı. Və tezliklə bununla bağlı beynəlxalq məhkəmədə iddia qaldırılacağı bildirilməklə yanaşı, koronavirus məhz “Çin virusu” kimi adlandırılmışdı. Bu isə boşuna deyil, arxasında ciddi mətləblərin yatdığı qətiyyən şübhə doğurmur.
Əsas ehtimal isə odur ki, hazırda bütün dünyanı təhdid edən pandemiya əslində ABŞ-dakı “dərin güclər” arasındakı hesablaşmadır. Həmin “dərin güclər” həm ABŞ-a, həm də ümumiyyətlə, bütün dünyaya tam nəzarət uğrunda həlledici savaşa girişiblər.
Çin ABŞ, Çin Amerika

Çini hədəfə çevirən iki önəmli səbəb…

Bəs, onda niyə məhz Çin vuruldu? İki önəmli səbəbi var. Birinci səbəb hamının bildiyi kimi, Çin ABŞ-ın əsas beynəlxalq rəqiblərindəndir. Bu dövlətin yaxın gələcəkdə dünya hegemonluğu yarışında ABŞ-ı üstələmə ehtimalı varıydı.
İkinci səbəbə gəldikdəsə, bu, daha çox ABŞ-ın özü ilə bağlıdır. Belə ki, Çin ABŞ-dakı “dərin güclər”in toqquşmasında önəmli alətlərdən biri kimi yer almaqdadır. Hər halda, Çinin maliyyə-iqtisadi və hərbi-siyasi yüksəlişinin qaynağı barədə təsəvvürləri olanlar nə demək istədiyimi yəqin ki, anladılar.
Bəli, Çinin maliyyə-iqtisadi və hərbi-siyasi yüksəlişi məhz ABŞ-dakı rəqib “dərin güclər”dən birinə bağlıdır. Ünvanını dəqiq göstərməyə ehtiyac duymadığımız həmin “dərin güc” SSRİ dağıldıqdan və dünyada sosialist iqtisadiyyatı şökdükdən sonra Çinə fantastik məbləğlərdə səhnəarxası yatırım etdilər. Çini gücləndirdilər, yeni supergüc şineli geyindirib, SSRİ-nin dağılmasıyla dünyada ipləri əlinə almaq şansı qazanmış rəqibləriylə qüvvələr nisbətini tarazlaşdırmağa nail oldular.
Təbii ki, rəsmi Pekin bütün bu müddət ərzində Çinin ABŞ-dakı “dərin ağalar”ına və onların təlimatlarına, maliyyə-iqtisadi manipulyasiya ssenarilərinə maksimum səviyyədə sadiq qaldı. Elə bu gün də sadiqdir. Əks halda, dünyada Çin adlı dövlət mövcud olmazdi. Bunun əvəzində dünyanın çiyinlərində ağır yekə çevrilən, aclıq və səfalətdən vəhşiləşmiş insan sürüsünün izolyasiyada saxlandığı məkana çevrilərdi.
Yeni hesablaşma mərhələsində də məhz bu səbəblərdən Çin ilk bioloji zərbəyə məruz qaldı. Bir tərəfdən, mövcud sərtləri sıfırlanıb, yenidən dizayn ediləcək dünyada indiki Çinə yer ayırmadıqlarının mesajını verdilər.
Digər tərəfdənsə, bir rəqib, digərini ən zəif yerindən vurmağa çalışdı. Çünki bu, pandemiya və beynəlxalq iqtisadi iflasın əsasını qoymaqla yanaşı, rəqibi həm də bütün dünyada baş verəcəklərlə şantaj edib, daha rahat hərəkət etmək imkanları açacaqdı. Yəni “dərin rəqib” tam məğlub edilməsə belə, pat vəziyyətinə düşmüş olacaqdı.
Dünyanı idarə edən gizli təşkilatların şok yaradacaq planları ...

ABŞ-ı vuran daxili “dərin hesablama”…

İndi gələk, epidemiyanın yayılmasına görə ABŞ ilk sıraya yerləşməsinə… Bunun da iki önəmli səbəbi var. Birinci səbəb bioloji silahın dövriyyə buraxılmasına görə əsas şübhələri həm özlərindən, həm də ABŞ-dan yayındırmaq niyyətidir. Yəni demək istəyirlər ki, əgər, virus ABŞ-dan Çinə atılmış olsa, okeanın o tayına dönüb, bu qədər adamı yoluxdurmazdı. Əlbəttə, yəqin ki, virus geri dönməyib, amma elə öz çıxış bazasındanca amerikalılarla görüşdürülüb.
İkinci səbəbsə, Ağ Ev sahibi Donald Trampla bağlıdır. Bu hesablaşmada D.Tramp da hədəfdə görünür. Çünki Çinə himayədarlıq edən “dərin güc”ün D.Trampın “oval kabinet”ə sahiblənməsində həlledici iradə sahibi olduğu iddia edilir. Ona görə də rəqiblər D.Tramp hakimiyyətə gəldiyi gündən başlayaraq, ona rahat nəfəs aldırmadılar. Gah Rusiyanın seçdirdiyi prezident damğası vurdular, gah da impicment tətbiq etməyə çalışdılar.
Yəni, Ağ Evə köçdüyü gündən D.Trampın bu hesablaşmanın içərisində olduğu müşahidə edilir. Əslində, o özü də buna hazır olduğunu qətiyyən gizlətməmişdi. Belə ki, andiçmə mərasimində “Mənim prezidentliyim dövründə hər şey dəyişəcək, fəqrli olacaq. Mənim üçün ABŞ, ABŞ-ın maraqları var, bir də digərləri…”
Həmin “digərləri” indi D.Trampla və onun arxasındakı “dərin güclər”lə hesablaşmaq qərarına gəlib. Və bu hesablaşmanın nəticələri bütün dünyada öz təsirini göstərməkdədir. Yəni hazırda Trampı hakimiyyətə gətirən millətçi-dinçilər və dolların üzərinə imza atıb, onun simvollarını müəyyənləşdirmiş “dərin güclər”in həlledici hesablaşmaya girişdikləri ehtimal olunur

Trampın “dərin güclər”ə ordu üzərindən həbs mesajı…

Amma Ağ Ev sahibi müqavimət göstərir. Son günlər reytinqi yüksəlməkdə olan D.Tramp arxasındakı “dərin güclər”lə əks həmlələr etməkdədir.
Məsələn, ABŞ ordusunun iri şəhərlərə yeridilməsi, küçələrdə əli silahlı əsgərlərin dolaşması heç də boşuna deyil. Düzdür, Ağ Ev bunu ordunun epidemiya ilə mübarizəyə cəlb edilməsiylə izah edir. Ancaq əli silahlı əsgərlərin epidemiya ilə mübarizəsi bir bəhanə təsiri bağışlayır. Çünki onlar insanlara yoluxan koronavirusa atəşmi açacaqlar?
Deməli, ordu qarşı tərəfə xəbərdarlıq mesajıdır. Yəqin ki, rəqibə “Anlaşmaq lazımdır, əks halda ən sərt addımları atmaq məcburiyyətində qalacağıq” eyhamı çatdırılır. Rəqib mesajı qəbul edəcəkmi, yoxsa sona qədər savaşıb, obsalyut hökmranlıq hədəflərinə can atacaqmı?
Bu sualın cavabı yəqin ki, irəliləyən günlərdə nisbətən aydınlaşmağa başlayacaq. Hələliksə, qeyd edək ki, Ağ Evə yaxın siyasi dairələr Tramp administrasiyasının müəyyən mərhələdə qəti addımlar atmaq, “dərin güclər”ə aid minlərlə nüfuzlu şəxsi həbs etməyə ehtiyac yarana biləcəyini müzakirə etdiyini vurğulayırlar.

Həlledici zərbə ABŞ-da növbəti prezident seçkilərinin təxirə salınması ola bilər

Belə anlaşılır ki, “dərin güclər”in amansız hesablaşması nəticəsində “bioloji bomba” məhz Tramp administrasiyasını qucağına buraxılıb. İndi Ağ Ev ya o bombanı rəqibin məkanına atmalıdır, qucağında partlamasıyla barışmalıdır.
Rəqibsə, qərarlıdır, geri çəkilmək niyyətində deyil. D.Trampı və arxasındakıları yox edənə qədər savaşmağa hazır olduğunu sezdirir. Və gələcək həmlələrinin ilkin mesajlarını da gizlətmirlər. ABŞ demokratlarına yaxın hesab edilən media quruluşları payızda keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin təxirə salmağa ehtiyac yarana biləcəyini təbliğ etməyə başlayıblar.
Əsas arqumentsə, “Çin virusu” adlandırdıqları epidemiyanın ikinci dalğası baş verərsə, seçkilərin keçirilməsinin yolverilməz olmasıyla bağlıdır. Bu isə virusun özündən daha fəlakətli nəticələr verə bilər. Çünki bu halda həm ABŞ, həm də dünya iqtisadiyyatının dibə vurması qaçılmaz ola bilər.
Kraliça II Yelizaveta Böyük Britaniyanın Aİ-dən çıxmasını dəstəkləyib

Britaniya kraliçasını hədələyənlər və bioloji silah arasında bağlantı ehtimalı…

Kim qalib gələcək? Cavabsız sualdır. Ancaq qarşıduran tərəflərin bütün dünya uğrunda savaşdıqlarını nəzərə aldıqda, onların sahib olduqları gücün hətta təsəvvüredilməz olduğu şübhə doğurmur. Əks halda, dünyanın ən güclü ailələri arasında ilk sırada yer alan Böyük Britaniyanın kraliyyət ailəsini hədələməyə cəsarət etməzdilər.
Məsələ ondadır ki, vaxtilə Böyük Britaniya kraliçası bağçada gəzişərkən onu qorumalı olan cangüdəni ona silahını yönəltmişdi. Kraliça bir anlıq yerində donub qalsa da, cangüdən atəş etməmişdi.
Növbəti günsə, bu olayın fotosu və xəbəri mətbuata sızdırılmışdı. Və kraliça “Biz hər şeyə qadirik, bizdən qaçış yoxdur” mesajı almışdı, həmin silahı cangüdəninin əliylə ona kimlərin doğrultduğunu anlamışdı. Əks halda, növbəti gün tez-tələsik, aylarla qəbul istəyini geri çevirdiyi ABŞ-dakı “dərin güclər”dən birinin önəmli təmsilçisinə dəvət göndərməzdi. Ardınca isə qatı əleyhdarı olsa da, həmin görüşdən bir neçə gün sonra Böyük Britaniyanın Avropa Birliyindən çıxmasını dəstəklədiyini rəsmən bəyanlamazdı.
İndi kraliçanı virusdan qorumaq üçün bir adaya yerləşdiriblər. Vəliəhd şahzadə Çarlz isə yoluxub, ya da yoluxdurulub. Heç şübhəsiz ki, onlar da digər nüfuzlu dünya liderləri kimi hər şeyi, bütün həqiqətləri bilirlər. Ancaq susurlar, çünki hər şeyi demək şansları yoxdur. Bəlkə də nə vaxtsa deyəcəklər, gözləyək…
Sadəcə, vaxtilə bağçada gəzişən kraliçaya, illərin sınağından çıxmış cangüdəninin əliylə silahı kimlər doğrultmuşdularsa, bu gün bəşəriyyəti bioloji silahın hədəfinə alanların da eyni “dərin güclər” olduğunu ehtimal etməklə kifayətlənək…
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert




Ana səhifəyə qayıt        Baxış: 2 099          Tarix: 6-04-2020, 17:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma