ABŞ və Asiya kəşfiyyatı Şimali Koreyanın 10 ildən artıqdır müasir bioloji silah yaradılması üzərində çalışdığını aşkara çıxarıb.
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazıb.
Məlumata görə, hələ 2006-cı ildə Pxenyan ilk nüvə sınağını təşkil etdiyi ərəfədə ABŞ kəşfiyyatı tərəfindən Konqresə Şimali Koreyanın bioloji silah yaratmaq cəhdləri barədə sənəd təqdim olunub. Şimali Koreya bunun üçün xüsusi alimlər qrupu toplasa da, onların kifayət qədər texniki bacarığı olmayıb.
Ötən on il ərzində Pxenyanın qarşısında maneələr azalıb. Şimali Koreya alimləri mikrobların yaradılması və genetik dəyişikliklər sahəsində ixtisaslaşan laboratoriyalarda fabriklərdə istifadə edilə biləcək zəruri mexanizmləri əldə etmək üçün davamlı şəkildə fəaliyyət göstərib. Bundan başqa ölkənin hakimiyyət orqanları elm adamlarını mikrobiologiya sahəsində akademik dərəcə əldə etmək üçün xaricdə təhsil almağa göndərib.
Qeyd edək ki, Pxenyanın bioloji silah yaratması haqqında hələlik konkret faktların olmadığı bildirilib
Paylaş: