Xəbər lenti



Əvvəlcə pandemiya haqda müəyyən ümid verən ümumi məlumatlar
Pandemiya statistikası dəhşətlidir. Aprelin 11-ə olan məlumata əsasən, koronavirusdan 102,739 nəfər tələf olub, 1,699,769 xəstələnib. 376,339 nəfər sağalıb.
Aprelin 10-da bir sutka ərzində iki əvvəlki gündə olduğu kimi dinamika daha yaxşı olub.
Bir sutka ərzində dünyada 40,694 nəfər virusa yoluxub. Bu bir gün öncə ilə müqayisədə daha azdır – 50,111 nəfər. Bir sutka ərzində ölənlərin sayı – 2,050 nəfər, bir gün öncə ilə müqayisədə – 5,131 nəfər  – iki dəfə azdır.

Birləşmiş Ştatlar: qurbanlar 30 il ərzində müharibələrdə ölənlərin sayından çoxdur

Aprelin 10-da pandemiya başlanandan bəri ABŞ-da bir sutka ərzində ən çox ölüm halı qeydə alınıb. Bütün ölkə üzrə ümumilikdə 1,953 nəfər ölüb.
Amerika mediasında dron vasitəsilə çəkilmiş fotolar yayılıb. Fotolardan görünür ki, kimyəvi müdafiə kostyumlarında olan fəhlələr tabutları ümumi məzara endirirlər.
Hadisə Nyu-Yorkda Xart adasında baş verir. Qohumları və dəfn üçün vəsaitləri olmayan insanları burada dəfn edirlər. Əgər əvvəl belə dəfnlər həftədə bir dəfə keçirilirdisə və 25-ə yaxın tabut olurdusa, bu günlərdə hər gün 25-ə yaxın tabut gətirilir.


Onlarla tabutun ekskavatorla qazılmış məzarda basdırılması. 9 aprel, 2020. REUTERS/Lucas Jackson
Onlarla tabutun ekskavatorla qazılmış məzarda basdırılması. 9 aprel, 2020. REUTERS/Lucas Jackson


Nyu Yorkda 150 min nəfərə yaxın yoluxma və 8 minə yaxın ölüm halı qeydə alınıb.
Yalnız Nyu Yorkda xəstələrin sayı epidemiyanın başlandığı Çin də daxil olmaqla dünyanın müxtəlif ölkələrindəki xəstələrin sayından daha çoxdur. 
Aprelin 11-ə qədər ABŞ-da yarım milyondan çox insan koronavirusa yoluxub və 18 min nəfərdən çox insan ölüb – Amerikanın son 30 ildə Küveyt, İraq və Əfqanıstanda müharibə şəraitində verdiyi itkilərdən daha çox. Yarım  milyona yaxın insan xəstələnib.
Eyni zamanda ölkənin digər ştatlarında vəziyyət xeyli daha yaxşıdır. Viskonsində təşkil olunan üç səhra hospitalı gərəksiz qalıb və həkimlərin çoxu könüllü şəkildə Nyu Yorkdakı həmkarlarının yardımına yollanıblar.
ABŞ-da xəstəliyin pik həddi bu həftə ərzində gözlənilir.
ABŞ prezidenti yanında koronavirusla mübarizə üzrə qərargahın rəhbəri bəyan edib ki, onun proqnozlarına görə, 60 min nəfərə yaxın insan tələf olacaq.

Avstriya, Almaniya və Çexiya: adi həyata ehtiyatlı qayıdış

Avstriya (13,555 xəstə, 319 ölü) Avropa ölkələri arasında birinci olaraq ticarət üzərindən məhdudiyyəti götürmək niyyətini açıqlayıb. Hakimiyyətin proqnozuna görə, əgər qeyri-adi heç nə baş verməsə, bu, Pasxadan dərhal sonra, aprelin 12-də ediləcək.
Vyananın turistlər arasında populyar olan “Griechengasse” küçəsi koronavirus epidemiyasına görə boşdur. REUTERS/Lisi Niesner


Çexiya (5,674 xəstə, 119 ölü) da eyni addımı atmağa hazırlaşır və Pasxadan sonra nəinki mağazaları, uşaq bağçalarını, idman zallarını və stadionları da açmaq niyyətindədir.
Danimarka (5,819 xəstə, 247 ölü) yeni yoluxma hallarının azalma tendensiyası davam edərsə, karantin tədbirlərindən imtina olunacaq.
Almaniyada məhkəmə qərarı ilə Baltik dənizi sahilində Meklenburq-Qərbi Pomeraniya ərazisində çimərliyə getmək qadağası aradan qaldırılıb. Hələlik bu, yalnız yerli sakinlərə aiddir və onlar aralarında 2,5 metr sosial məsafəni gözləməlidirlər. Federal hökumətin regionlar arasında nəqliyyat əlaqəsi ilə bağlı qadağası qüvvədə qalır.
Almaniyada (120,157 xəstə, 2,688 ölü) dörd gün ərzində koronavirusa yoluxmaların və ölüm hallarının azalması tendensiyası müşahidə olunub.
Bu statistika İtaliya (147,577 xəstə, 18,849 ölü), İspaniya (157,053 xəstə, 15,970 ölü) və Fransadan (124,869 xəstə, 13,197 ölü) xeyli daha yaxşıdır.
Berlində Branderburq qapıları önündəki meydanda yoqa. 5 aprel, 2020. REUTERS/Michele Tantussi



Böyük Britaniya: daha bir həftə karantin

Baş nazir Boris Conson intensiv terapiya palatasından adi palataya keçirilib. Amma həkimlər xəbərdarlıq edirlər ki, o, bir aydan tez işə qayıda bilməz.
Consonun vətəndaş nikahında olduğu hamilə həyat yoldaşı da koronavirusa yoluxub, amma özünü qənaətbəxş hiss edir.
Aprelin 11-ə olan məlumata əsasən, Britaniyada 73,758 nəfər virusa yoluxub, 9,958 nəfər ölüb.
Baş nazir səlahiyyətlərini yerinə yetirən xarici işlər naziri Dominik Raab bildirib ki, karantinin dayandırılması və normal həyata tədrici qayıdış mərhələli baş verəcək və müxtəlif yaş qrupları və ərazilər üçün müxtəlif vaxtlarda həyata keçiriləcək.
Onun sözlərinə görə, ekspertlər indi belə bir plan hazırlayır və bu, hökumətin vəzifəsidir.
A cyclist rides over Westminster Bridge as the spread of the coronavirus disease (COVID-19) continues, London, Britain, April 10, 2020. REUTERS/Toby Melville — RC2J1G9V0HRH


Yeni Zelandiya – tam qapalı sərhədlər arxasında uğur

5 milyona yaxın əhalisi olan Yeni Zelandiya koronavirusla mübarizədə dünyada ən yaxşı nəticələrdən birini göstərib. Ölkə çoxlarından daha əvvəl – martın 20-dən sərhədlərini bağlayıb və sərt karantin tətbiq edib.
Son dörd gün ərzində bu ölkədə yeni yoluxanların sayı azalıb. Ümumilikdə 1,312 nəfər xəstələnib, 422 nəfər sağalıb, dörd nəfər ölüb.
“Mən təmkinli optimizm hiss edirəm”, – Yeni Zelandiyanın baş naziri deyib./JAMNEWS




Ana səhifəyə qayıt        Baxış: 3 060          Tarix: 11-04-2020, 20:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma