Xəbər lenti

“Bilmirəm, qəsdən deyirlər, ya yox, ay qardaş, bəlkə heç pul yoxdur verməyə?! Hesab edək ki, dövlətin  pulu yoxdur, ehtiyatsız olub, var imiş xərcləyib. Məsələn, maska. Dünyada defisitdir, bizdə də yoxdur. Çörək də həmçinin. Bu o demək deyil ki, sən çölə çıxmalısan. Sənin özünə görə deyirlər, çölə çıxma. Ola bilər dəə xəzinə boş olsun. Bu sənə əsas vermir çölə çıxasan”.
Bunu Milli Məclisin sabiq deputatı Etibar Hüseynov deyib.
“Elə bilin ki, bunun müalicəsi tapıldı, dedilər ki, bir ay qaranlıqda “podval”da qalmalısan, gündə bir stəkan su içməlisən, sonra sağalacaqsan. Biz bunu etməliyik dəə. Ya ölməlisən, ya da ki... Müharibə dövründə belə hallar olub, aylarla, illərlə “podval”larda yaşayıblar, bir tikə çörəyi iyləyib, yatıblar. Bilsək ki, çölə çıxmaqla yalnız özünə ziyan olacaq, deyərik ki, biz demişdik, çıxma. Məsələ bununla bitmir, bir yoluxan şəxs digərini yoluxdurur. Tutaq ki, yoxdur daa çörək, maska da yoxdur, 190 manat da olmayacaq... Nə edəcəksən, çıxıb özünü öldürəcəksən? Dövlət dedi ki, ərzağa da hücum etməyin, getdilər mağazalardakı “qreçka”nı makaronu yığıb gətirdilər. İndi bütün yayı “qreçka”, makaron yeyəcəklər. Düşündülər ki, biz Amerikadan, İngiltərədən çox bilmirik ki, onlar bu hala düşübsə, deməli, nəsə var” – E.Hüseynov qeyd edib. \\Pravda.az




Ana səhifəyə qayıt        Baxış: 1 679          Tarix: 23-04-2020, 00:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma