Xəbər lenti


Dövlət Təhlükəsizlik Xidmətinin mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilib.

Mayın 9-da məhkəmə hər iki şəxs barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Elə həmin gün prezident İlham Əliyev hər iki sabiq məmurun vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Maraqlıdır ki, Mədəniyyət Nazirliyi nə DTX-nın Mədəniyyət Nazirliyindəki əməliyyatla bağlı rəsmi xəbərini, nə də dövlət başçısının məlum sərəncamını öz rəsmi saytında yerləşdirməyib. Əgər birinci halda-nazir Əbülfəs Qarayevin iş yoldaşlarının həbsi ilə bağlı məlumatın gizlədilməsinə hansısa bəhanə tapmaq mümkündürsə, Prezidentin sərəncamının dövlətin maliyyəsi ilə qurulmuş rəsmi saytın (mct.gov.az) səhifəsində yerləşdirilməməsinə heç bir ad vermək mümkün deyil. Qeyd edək ki, Prezidentin mayın 7-də mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncamı saytda var, amma bundan cəmi iki gün sonra verilmiş sərəncam nədənsə, “yaddan çıxıb”.

Ola bilsin, bu iraddan sonra nazir Əbülfəs Qarayev, heç olmasa, bu dəfə hansı səhvə yol verdiyini başa düşər.





Ana səhifəyə qayıt        Baxış: 3 290          Tarix: 11-05-2020, 22:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma