Xəbər lenti

Bakıda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılıb.

APA TV-nin məlumatına görə, ölkə başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronovirus pandemiyasına qarşı mübarizə daha da genişləndirilib. Bu məqsədlə şəhərin bütün rayonlarında tədbirlər davam edir.

BŞİH-in şöbə müdiri Elmin İmanovun sözlərinə görə, görülən tibbi-profilaktik tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən bu gün səhər saatlarından başlayaraq paytaxtın 300-dən çox əsas küçə və prospektində kommunal təsərrüfat xidmətlərinin texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə son bir ay ərzində artıq 3-cü dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib: “Aprelin 18-də və mayın 2-də aparılmış dezinfeksiya işlərinə əlavə olaraq bu dəfə küçə və prospektlərin sayı artırılıb. Bunlarla yanaşı, quruma tabe olan binaların, onların lift qovşaqlarının, həyətlərinin, söhbətgahların, uşaq meydançalarının hamısı xüsusi maddələrlə dezinfeksiya edilir. İş prosesinə 2000-ə yaxın canlı texnikamız cəlb olunub”.

Mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb.  Gün ərzində paytaxtın kommunal xidmətlərinin 2000 nəfərdən çox əməkdaşı tərəfindən də dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yolkənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görülüb. Qeyd edək ki, paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcəkdir.







Ana səhifəyə qayıt        Baxış: 1 599          Tarix: 16-05-2020, 17:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma