Xəbər lenti


Mayın 18-də Azərbaycan Xalq Partiyasının (AXP) qərargahında ölkənin bir qrup müxalifət partiyası toplantı keçirib. İclasda koronavirusla bağlı ölkədə elan olunan karantin rejimi müddətində yaranan mövcud durum, müxalifətin fəaliyyəti və digər məsələlər müzakirə olunub.

Misavat.com xəbər verir ki, toplantının əsas təşkilatçılardan olan AXP sədri Pənah Hüseyn bu haqda özünün Facebook profilində status paylaşıb: “Azərbaycanda fəaliyyət göstərən bir qrup siyasi partiya sədrlərinin iştirakı ilə ölkədəki mövcud ictimai siyasi vəziyyətə dair müzakirə keçirdik. Razılaşdırıldı ki, müzakirələrdə bu gün müəyyən edilən konkret mövzular (“Azərbaycan pandemiya və postpandemiya dövründə”. “Təsbitlər, proqnozlar, təkliflər, erməni təcavüzünə qarşı mübarizədə mili birlik platforması", "İqtidar müxalifət siyasi dialoqu" və s. ) ayrıca tədbirlər şəklində davam etdirilsin”.


Ana səhifəyə qayıt        Baxış: 2 951          Tarix: 18-05-2020, 19:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma