Xəbər lenti
Bu gün, 19:25


Milli Şuranın üzvü Gültəkin Hacıbəyli YAP-çı deputat Siyavuş Novruzovun ötən gün parlamentdə hakimlərlə bağlı etdiyi təklifi dəstəkləyib. 

“Qafqazinfo”nun məlumatına görə, deputat çıxışında bildirmişdi ki, hakimin prosedur qaydalarını pozmasına görə Avropa Məhkəməsi Azərbaycana qərar çıxarır. “Həmin pul isə Azərbaycan vətəndaşının ödədiyi vergiylə zərərçəkmiş şəxsə qaytarılır. Halbuki bu pul hakimlərin əməkhaqqından tutulmalıdır”.

Siyavuş Novruzov qeyd edib ki, bu yaxınlarda Avropa Məhkəməsinə bir nəfərin yerli məhkəmənin qərarından etdiyi şikayət əsasında 230 min manat təzminat təyin edilib. 

MŞ üzvü Gültəkin Hacıbəyli isə deputatın təklifinə sosial şəbəkə hesabında belə reaksiya verib: “Siz yaxşı təkliflər verin, biz dəstəkləyək! Dəstəkləyirəm”.

Günel Türksoy



Ana səhifəyə qayıt        Baxış: 2 693          Tarix: 6-06-2020, 14:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma