Xəbər lenti

 
Azərbaycan Silahlı Qüvvələrinin düşmənə qarşı cəza tədbirləri nəticəsində yaralanan Ermənistan hərbçilərinin vəziyyəti ağırdır.
 
Report” xəbər verir ki, bunu Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib.
 
Onun sözlərinə görə, döyüşdə yaralanan 10 hərbçidən 1-nin vəziyyəti kəskin ağır, 5-nin vəziyyəti isə orta ağırdır.
 
Qeyd edək ki, ötən gün Ermənistan Müdafiə Nazirliyi ümumilikdə 4 hərbi qulluqçusunu itirdiyini etiraf etmişdi.
 
Ovqat.com xəbər verir ki, Azərbaycan ordusunun dəqiq atəşləri nəticəsində erməni əsgərlərinin psixiloji tənəzzül yaşadıqları bildirlir. İddialara görə, bəzi əsgərlər postlarını tərk edib geri qaçırlar. Fərrarilik edən erməni əsgərlərinin qarşısının polis gücünə alındığı barədə iddialar var. Sosial şəbəkələrdə yayılan bəzi videolar da bu iddiaları təsdiqləyir.


 
 
 
 
 


Ana səhifəyə qayıt        Baxış: 3 735          Tarix: 15-07-2020, 11:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma