Xəbər lenti
Bu gün, 19:25

 


Jalə Mütəllimova 
 
- Bu aksiyaları Azərbaycan iqtidarı törədib...
- Sevinc, dədəni ermənilər şəhid edib!
- Sizi inandırım ki, ermənilərin elə fikri olmayıb.
- Sevinc, dədəni ermənilər şəhid edib!
- Azərbaycan iqtidarı, öz hakimiyyətinin ömrünü uzatmaqdan ötəri eləyib bunu...
- Ay Sevinc, dədəni ermənilər öldürüb!
- Hər şey sivil qaydada olmalıdır...
- Qız, dədəni ermənilər öldürdü?
- Nə işi var idi adamların səfirliyin qarşısında, ermənilər...
- Ay qız, dədəni ermənilər öldürüb!
- Yüz doxsan manatı...
- Qız, dədəni ermənilər öldürüb!
- Azərbaycanlı gənc deyir bacardığımızı elədik savaşdıq...kimdən ötəri savaşdınız?
- Ay qız bir dayan, dədəni ermənilər qətlə yetirib...
- Nəyə lazım idi bu savaş? 
- Ay bala, dədəni, Osman müəllimi, Osman Mirzəyevi ermənilər öldürüb. Yadındadırmı? Xatırlayırsanmı?.. Ermənilər! Azərbaycanlılar öldürməyib dədəni, ermənilər qətl edib!
 
***
Onun brend geyimi gündəmə gətiriləndə dedim ayıbdır, kişilər. Bir azəri kişisi şəxsiyyətcə kim olur olsun, bir qadının bədəni və geyimini müzakirə eləməz...
 
***
Onun amerikalı kəşfiyyatçı ilə Bakıdan getməsi məsələsi gündəm olanda da anlayışla yanaşdım. Düşündüm gerçək duyğudursa adam noolar kəşfiyyatçı olanda, erməlilərin də Kim Qardaşyanı var də...
 
***
Amma gəldik ora çıxdıq ki, Azərbaycandə hər zaman təminatlı yaşamış biri təklif etdiyi biznes layihə keçmədi, istədiyi pulu və işi bir dönəmlik ala bilmədi deyə, dədəsinin ruhunu da, özünü də, ailəsini də pula və kəşfiyyata satdı, ölkədən qaçdı.
 
Bir qadın xəyanət etdisə onun üçün heç bir qadağa, heç bir olmaz yoxdur. Onun qurban verə bilməyəcəyi şey də yoxdur. Bunu da sizə əsirlərdir çözə bilmədiyiniz qadın xislətinin onlarca sirrindən biri kimi açdım, min halalınız...
 
***
 
İndi qulaq as Osman kişinin Sevinci, söhbət heç Milli Şura ilə oturub-durmaqdan da getmir. Söhbət satqınlıqdadır. Məsələn, sabah sahibin Əli Kərimli ilə yox, İsa Qəmbərlə işlə, deyəcəksə, sən bunu etməyə artıq məhkumsan, çünki variantın yoxdur. Çünki dosyen hətta qanrılıb bəlkə...ehtimalı ilə ikinci təşəbbüsə cəhd etməyə belə icazə vermir...
 
Dünən gecə sən danışanda hamı susurdu. Indi hamı söyür, qınayır, rişğənd edir, ələ salır, mən dinmirəm...
 
Anlayıram ki, heç nə sənin vecinə deyil. Çünki satılmış admalar həm də bütün duyğusunu itirmiş kəslərdir...
 
Bütün duyğusunu itirmək, şeytani keyfiyyətdir...
 
Şeytanın nə dini, nə imanı, nə vətəni olar...
 
Sən vətənsizsən!
 
Yəni sən ən böyük pisliyi özün özünə eləmisən, şeytanlaşmısan, vətənsizləşmisən! Bunu baxış bucağındakı əyrilik də isbatlayır.
 
Məlum aksiyalarla bağlı, rus, erməni mövqeyi sərgiləmək də götürdüyün öhtəliyə uyğun idi. Başqa yolun qalmayıb, sən, bəlkə... demək haqqını itirmisən...Keşkələrin günbəgün artacaq...
 
Bu qədər aydın görünən mənzərədə səni ovudan bircə şey var, qazancın. Yəni kim nə söyür və nə deyir, əhəmiyyəti yoxdur, sən pulunla, keyfindəsən.
 
Bircə şeyi unudursan Osmanqızı dədəni öldürən zadların pulu ilə övlad yetişdirirsən. Siyasi mövzuda nadir halda istifadə edərəm övlad sözünü. İndi tam yeridir. 
 
Əvvəla, Allah qorusun, Azərbaycandan qaçırdığın övladını. Amma bu dediyimi möhkəm yadında saxla, sən dədənə olduğun kimi övlad olacaqlar sənə, xəyanət edəcəklər, satacaqlar, səni atıb qaçacaqlar. 
 
Onda səni görmək çox maraqlı olardı. O günəcən tanrı ikimizə də ömür versin Sevinc, bu mövzuda sənə başqa sözüm yox!..Sev dədəni öldürənləri! Qazan puldan, yaşa özünçün, istifadə müddətin bitənə qədər, vaxtın var...
 
...Bir də unutma dünyada elə bir dığa yoxdur ki, ən şərəfsiz azərbaycanlı məmurdan üstə dursun. Dığa qarşısında azərbaycanlının şərəfsizi də, şərəflidir. Bu vətəndaşın, dövlətçi, millətçi olmağın peşəkarlığıdır. Sən o verilişdə, peşəkarlığından da, dövlətiçi, millətçi mövqedən də imtina elədin. Amma səni Osman müəllim kimi şərəfindən, ləyaqətindən qorxan ermənilər yox, səni nəfsin öldürdü, bunu anlamağın zaman alacaq!..
 

26.07.2020
 



Ana səhifəyə qayıt        Baxış: 3 542          Tarix: 26-07-2020, 13:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma