Xəbər lenti

 
Reso Sığorta Qrupunun həmtəsisçisi, milyarder Sergey Sarkisov Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi fonunda Moskvada iğtişaşların dayandırılmasına yardım etmək çağırışı ilə Azərbaycan və erməni diasporunun nümayəndələrinə müraciət edib. 
 
Ovqat.com Rusiyanın RBC telekanalına istinadən bildirir ki, müraciət Sarkisovlar ailəsi və "Erməni Assambleyası" adından yayılıb.
 
Sarkisov bəyanatında qeyd edib ki, “vətənindən uzaqlarda öz millətçiliyinin barbar təzahürünü ortaya qoyan, sadəcə fərqli bir millət olduqlarına görə insanları döyən və ya öldürən ermənilərin" yerinə xəcalər çəkir: “Mən erməni qohumlarım və dostlarımın qarşısında öz vətənindən uzaqlarda millətçiliyinin barbarlıq təzahürlərini ortaya qoyanlara, sadəcə başqa millətdən olduğuna görə insanları döyüb öldürənlərə görə utanıram”.
 
 
Sarkisov həmçinin bildirib ki, onun ailəsi Moskvadakı azərbaycanlıların mülkiyyətinə vandalcasına ziyan vuran ermənilərin əvəzinə zərəri ödəməyə hazırdır.
 
“Hər millətin fəxr etdiyi və utandığı insanlar var. Qardaşım və mən Moskvada doğulduq və böyüdük. Mənim azərbaycanlı dostlarım çoxdur. Onlar mənim əzizlərim, gözəl və nəcib adamlardır”,-deyən Sarkisov erməni və Azərbaycan ziyalılarına, hər iki millətin biznes nümayəndələrinə müraciət edərək bildirib: “Vandalları və ekstremistləri dayandırın. Onlara izah edin ki, xalqlarımızın mentalitetində ailə üzvü olaraq qəbul edildiyin evi dağıtmaq adət-ənənəsi yoxdur. Axı bu ailə uşaqlarınıza yaşamaq, öyrənmək və işləmək imkanı vermişdir. Bəli, mən Rusiyanı nəzərdə tuturam. Xalqlarınızı, ata-babalarınızı rüsvay etməyin. Bu son günlərdə baş verənlər ev sahiblərinə qarşı nankorluğun və hörmətsizliyin yolverilməz formasıdır.”
 
Erməni milyarder moskvalıları “əmin etmək istəyib ki, onun mənsub olduğu millətin nümayəndələri bu ölkəyə dağıdıcılıq üçün yox, sülhpərvər niyyətlə, yaşayıb yaratmaq məqsədilə gəliblər".


Ana səhifəyə qayıt        Baxış: 4 434          Tarix: 27-07-2020, 11:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma