Xəbər lenti


Moskvanın Kuzminski məhkəməsi ermənilərlə kütləvi davada iştirak etməkdə təqsirləndirilən 4 azərbaycanlı ilə bağlı qərar verib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Məlumata görə, onlar xuliqanlıq maddəsi üzrə təqsirkar hesab olunurlar.

Rusiyaya məxsus RİA Novosti saytı isə xəbər verir ki, məhkəmə Azərbaycan vətəndaşı Ceyhun Qiyasovla bağlı 24 sentyabradək həbs qərarı çıxarıb. Adları açıqlanmayan daha 3 azərbaycanlı barəsində də həbs qətimkan tədbiri seçilib.

Diqqətçəkən budur ki, indiyədək kütləvi davada iştirak etmiş 70-dək azərbaycanlının saxlanması barədə məlumatlar yayılsa da, azərbaycanlıları təhqir edən ermənilərlə bağlı anoloji xəbərləri görə bilmirik.
Saxlanılan 7 erməni elə həmin gün sərbəst buraxılıb.



Ana səhifəyə qayıt        Baxış: 2 790          Tarix: 27-07-2020, 22:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma