Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Növbəti aydan neftin yenidən ucuzlaşacagı gözlənilir. OPEC+ razılaşma çərçivəsində avqust ayına qədər gündəlik neft hasilatının azalması 9,6 milyon bareldən 8.542 milyon barelə enib. Analitiklərin qənaətincə, avqust ayından OPEC+ ölkələrinin satışa çıxardığı neftin həcmi gündəlik 2 milyon barelədək artacaq.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Teleqraf.com-a bildirib ki, avqust-sentyabr aylarında OPEC+ kəsintiləri gündəlik 8.542 milyon barel təşkil edəcək:
“İraq, Anqola, Nigeriya və Qazaxıstan kimi alyans iştirakçıları may, iyun aylarında öhdəlik sazişinə əsasən, yaranmış kəsiri avqust-sentyabr ayları ərzində kompensasiya etməlidirlər. Digər tərəfdən OPEC+ avqust və sentyabr ayları ərzində həm gündəlik hasilat, həm də ixrac həcmlərinə ciddi nəzarət etməlidirlər. Bununla yanaşı bazarın tələbinə uyğun olaraq yüngül və ağır neft balansı qorunub saxlanılmalıdır. Eyni zamanda orta ağır neftin hasilatını bazar tələblərinə uyğunlaşdırmaq lazımdır. Həmçinin neft məhsulları ixracına ciddi nəzarət edilməlidir.
Doğrudur, OPEC+ hazırda yalnız gündəlik hasilat kvotalarına nəzarət edir. Amma bu, yetərli deyil. Alyans gündəlik neft məhsullarının ixracını da nəzarətə götürməlidir”.
Ekspertin proqnozuna əsasən, növbəti aylarda tələbatdan artıq təklif müşahidə ediləcək: “Bazar iştirakçılarının qənaətinə görə, avqustda gündəlik qlobal neft hasilatı 91,2 milyon barel, sentyabrda 92,5 milyon barel, oktyabrda 92,9 milyon barel, dekabrda isə 93.4 milyon barel təşkil edəcək. Qlobal tələbat isə avqust, sentyabr, oktyabr aylarında gündəlik 90,5 milyon barel, noyabrda 92,9 milyon barel, dekabrda isə 94.6 milyon barel təşkil edəcək. Göründüyü kimi, qarşıdakı aylarda tələbatdan artıq təklif müşahidə ediləcək.
Eyni zamanda avqustdan başlayaraq Çinin idxal həcmlərində azalmalar olacaq. Halbuki may ayından Çinin gündəlik neft idxalı 11,3 milyon barel, iyunda 12,9 milyon barel, iyulda gündəlik idxal 13,2 milyon barel çivarında olub. Bunun qarşılığında Çinin dövlət və özəl neft emalı güclərinin gündəlik xammalla yüklənməsi 70-75 % həddindədir.
Bundan əlavə, Çinin gündəlik neft məhsullarının ixracında da azalmalar var. Bu o deməkdir ki, neft bazarları kimi, neft məhsulları bazarında da bərpa prosesi ləng gedir. Bu da təyyarə və dizel yanacağına tələbatın aşağı olması ilə bağlıdır. Çünki qlobal sərnişin, işgüzar və sənaye aktivliyinin aşağı olması hər iki yanacaq növünə tələbatı aşağı salıb. Bu da neft emalı zavodlarının gəlirlə işləməsini təhdid altına alır”.
Zəfər Vəliyev hesab edir ki, bazarı təhdid altına alan digər faktor OPEC+ iradəsindən kənar dövlətlərdə qarşıdakı aylarda gündəlik neft hasilatının artması təhlükəsidir:
“Bu sıraya ABŞ, Kanada, Braziliya, Meksika və Norveç daxildir. Bütün hallarda qarşıdakı aylarda OPEC+ sazişinin şərtləri neft bazarını təhlükəli sferaya daxil olmasına imkan verməyəcək. Digər tərəfdən Alyans iştirakçıları fyuçers bazarında "kontanqo oyununa" mane olmalıdırlar. Belə olarsa, stasionar və üzən anbarlardakı mövcud neft həcmlərində azalma bir az da sürətlənə bilər. Çünki anbar mərkəzlərində sərbəst güc problemi emal güclərinin gəlirlə işləməsinə mane olur. Bütün hallarda qarşıdakı aylarda neft bazarlarını ciddi təhlükə gözləmir”.
Ekspert deyir ki, qarşıdakı aylarda sərnişin aktivliyi bərpa edilərsə, yol nəqliyyatına və təyyarə yanacağına tələbat artacaq:
“Sərnişin aktivliyi nəticəsində emal güclərinin yüngül neftə olan tələbi artırmış olacaq. Bunun üçün Qara dəniz və Aralıq dənizi enerji rayonlarında mövcud emal güclərinin gündəlik xammalla yüklənməsi 75%-dən yuxarı olmalıdır ki, yüngül neftə olan tələbat yuxarı olsun. Hazırda Liviyada yaranmış böhranla əlaqəli Azərbaycan neftinin satış imkanları genişlənib”.

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar