Xəbər lenti
 
ABŞ İrana qarşı sanksiyaları yenidən genişləndirib.
 
Ovqat.com xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo bu gün yaydığı bəyanatda bildirib.
 
Onun sözlərinə görə, sanksiyalar İrana idxal olunacaq metal məmulatlarını əhatə edir.
 
Bəyanatında İranın nüvə, ballistik raketləri və hərbi proqramlarının beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhlükə yaratdığını bildirən Pampeo yeni sanksiyaların 22 xüsusi metal növünü əhatə edəcəyini vurğulayıb.
 
"Bu materialları qəsdən İrana göndərənlər sanksiyalara məruz qalacaqlar", - Pampeonun bəyanatında deyilir. 
 
O deyib ki, SEPAH İranın tikinti sektoruna nəzarət edir, buna görə də İrana və İrandan bəzi konkret materialların ötürülməsi də sanksiyalara gətirib çıxaracaq.
 
ABŞ-ın sanksiya siyahısına daxil etdiyi 22 metal arasında alüminium və poladın dekompensasiyası da var.
 


Ana səhifəyə qayıt        Baxış: 3 026          Tarix: 31-07-2020, 10:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma