Xəbər lenti
Bu gün, 19:25
Bu gün, 18:39
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirə zamanı prezident İlham Əliyev AZAL-ı tənqid edib. Dövlət başçısı deyir ki, AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb, bütün aeroportlar dövlət tərəfindən tikilib, bəs pullar hanı:
“Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır?”.
Hurriyyet.org xəbər verir ki , Araşdırmaçı jurnalist Cavanşır Həsənli AZAL-ın prezidenti Cahangir Əsgərovun ölkə daxilində və xaricdə olan biznes imperiyasına daxil olan şəbəkənin tam olmayan siyahısını yayıb.
Batumidə 31 milyon dollar dəyərində “GRAND GLORIA” hoteli;
Tiflisdə dəyəri milyonlarla dollar olan “TİFLİS PALACE” hoteli;
Tiflisdə bahalı “Veranda” restoranı;
Batumidə bir neçə milyon dollar dəyərindəGOLDEN PALACE hoteli və kazino;
Naftalanda “Garabag Resort and Spa” 5-ulduzlu otel və müalicə mərkəzi;
İsmayıllı rayonu, Bədo Bulağının yaxınlığında, 8 hektarlıq ərazidə “Vəhsudan düşərgəsi”;
Nabranda 30 ha sahədə villa;
Qala qəsəbəsində 265 ha badam bağı;
“Premium Bank” ASC-də (keçmiş “Silkyway”) səhmlərin 29,085 faizi;
Sahəsi 12.500 kvadrat metrdən artıq Gazelli kosmetika fabriki;
SOROKA LIMITED (Londonda);
Londonda 18.4 milyon dollar aktivləri olan “GAZELLI INTERNATIONAL LIMITED” şirkəti;
Londonda 41 milyon dollar aktivləti olan GAZELLI ART HOUSE LIMITED;
Gürcüstan, Azərbaycan, Ukrayna və Türkiyədə“GAZELLİ” gözəllik və masaj salonları şəbəkəsi;
Londonda “C3 – CIII LIMITED” şirkəti
Türkiyədə “D.M.Z.D.TEKSTİL DIŞ TİCARET LİMİTED” şirkəti;
Londonda “SET INTELLIGENCE LIMITED” şirkəti;
Azərbaycanda “GAZELLİ GROUP”
İtalyan kürəkəni Ignazio CORACI-nin direktoru olduğu AIRPORT SERVICING COMPANY LIMITED törəmə şirkəti (Londonda);
İtalyan kürəkəninə aid ASC HANDLING ITALIA LIMITED (Londonda);
Yenə Londonda italyan kürəkəninin direktoru olduğu CARGO INVEST LIMITED şirkəti;
ASC HANDLING LIMITED (Londonda);
AS582 LIMITED (Londonda);
Londonda kürəkəninin direktoru olduğu AVIATION SERVICING COMPANY LIMITED” şirkəti (əvvəlki adı AZERBAIJAN AIRLINES UK LIMITED, aktivləri1 milyon dollardan artıq);
ICLEVERWEB LTD (Londonda);
SILKWAY (UK) LTD (keçmiş adı EURASIAN CARGO LIMITED);
Almaniyada HAHN CARGO SERVICES GmbH törəmə şirkəti (illik dövriyyəsi 4.83 million dollar);
SW ITALIA SRL (illik dövriyyəsi 7 milyondollar);
İngilis kürəkəni ROBERT NORTONUN direktoru olduğu VERISART LIMITED (London);
SEDITION LIMITED (London).
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Pandemiya dövründə ehtiyacı olanlara 190 manatı qıymayan hökümətin AZAL-a səxavətlə 86,9 milyon manat yardım ayırdığını bildirib:
“AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?
Bu sualları səsləndirən İlham Əliyev AZAL-ın prezident Cahangir Əsgərovu Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə 10 iyul 2010-cu ildə“Şöhrət”, 11 iyul 2020-cu ildə, 26 gün bundan əvvəl isə “Şərəf” ordeni ilə təltif edib. Pandemiya dövründə ehtiyacı olanlara 190 manatı qıymayan hökümət də AZAL-a səxavətlə 86,9 milyon manat yardım ayırıb”.
Hakim ailənin yaxın dostu və “AZAL”-ın rəhbəri görün necə peşəkardır ki, xüsusi xidmət orqanlarının bundan xəbəri belə yoxdur. Hətta, hakim ailəyə məxsus olan və dövlətin mülkiyyətini nəzarətsiz istismar edən Silkay şirkətinin qanunsuz fəaliyyətindən heç bir dövlət təşkilatı məlumatlı deyil.
Ölkə başçısının “AZAL”a ünvanladığı “bunun gəliri haradadır?” sualına Cahangir Əsgərovun mülklərinin siyahısıyla cavab vermək olar.
Qeyd edək ki, Cahangir Əsgərov, eyni zamanda Ağır Atletika Federasiyasının prezidentidir. Təəssüf ki, sözügedən idman sahəsində də müsbət irəliləyiş yox səviyyəsindədir. Ağır Atletikayla məşğul olan idmançılarımızın xarici ölkələrin milli yığmasında çıxış etməsi də buna bariz nümunədir.
Qeyd edək ki, son vaxtlar AZAL müştəriləri bilet satışlarının da kifayət qədər baha olmasından şikayətlənir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar