Xəbər lenti
Bir müddət əvvəl saytımızda 3 saylı poçt filialının rəisi Emin Kərimlinin 132 saylı poçt şöbəsinin işçilərini səbəbsiz yerə  işdən çıxarması barədə informasiya yayımlanmışdı. Eyni zamanda o Razin qəsəbəsində 40 nömrəli, Yeni Günəşli qəsəbəsində 133 nömrəli və Qara Qarayevdə 2 nömrəli poçt filiallarını şəxsi məqsədləri üçün icazrəyə vermişdir. Həmin obyektlər ofis, idman zalı və kompyuet satılan mərkəz kimi istifadə edildiyi barədə məlumat vermişdik. İnformasiya yayımlandıqdan sonra, 3 saylı poçt filialının rəisi Emin Kərimli qorxuya düşmüş və 132 saylı poçt şöbəsinə müraciət ünvanlamışdır.  Aldığımız məlumata görə, kirayəyə verilən poçt filialları boşaldılmağa başlanılıb. Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Nəzərinizə çatıdırırıq ki, “AZƏRPOÇT” MMC-nin 06.07.2018-ci il tarixli 252  nömrəli əmri ilə təsdiq  olunmuş  etik davranış qaydalarının tələblərinə əsasən MMC-nin əməkdaşları vəzifələrini yerinə yetirərkən, korporativ mədəniyyət tələblərinə riayət etməli, cəmiyyətin imicinə zərər vuracaq bütün şəxsi davranış və yanaşmalardan çəkinməli, həmçinin sosial şəbəkələrdə, internet çatlarında bu səpkidə yazışmalar aparmamalı, eyni zamanda mətbuata birbaşa müsahibə verməməlidirlər.

Bununla bağlı dəfələrlə, yazılı və şifahi göstərişlər verilməsinə baxmayaraq, bəzi poçt filiallarının əməkdaşları tərəfindən qeyd olunan qaydalara əməl olunmur.  Bu da AZƏRPOÇT MMC-nin işguzar imicinə  ciddi zərbə vurur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildiririk ki, MMC-nin müvafiq icazəsi olmadan, Kütləvi İnformasiya Vasitələrinə, o cümlədən sosial şəbəkələrdə, internet çatlarına hər hansı bir məlumatın verilməsi qaydalara ziddir və buna riayət etməyən işçilər barəsində aidiyyatı üzrə ciddi intizam tənbehi tədbirləri görüləcəkdir.  Odur ki, bu barədə aidiyyatı işçilərin məlumatlandırılması və işin icrasının nəzarətə götürülməsi bir daha sizə tapşırılır”.

Emin Kərimlyə xatırlatmaq istəyirik ki,  Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi informasiyanı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Siz öz qanunsuzluqarınızı ört-badır etmək üçün, 132 saylı poçt şöbəsinin əməkdaşlarına hədə-qorxu gələ bilmərsiniz. Müraciətinizdə yayılan informasiyların AZƏRPOÇT MMC-nin işguzar imicinə  ciddi zərbə vurduğunu qeyd edirsiniz.  Sizin AZƏRPOÇT MMC-nin filallarını icarəyə verməyiniz və işçiləri səbəbsiz yerə işdən

çıxarmağınız və işçilərdən işdən çıxmamaları üçün rüşvət almağınız AZƏRPOÇT MMC-nin imicinə zərbə vuran ən böyük amillərdəndir. Redaksiyadan: Mövzunu davam etdirəcəyik./Hurriyyet.org



Ana səhifəyə qayıt        Baxış: 3 065          Tarix: 12-08-2020, 12:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma