Xəbər lenti


“Şimal axını-2” bir vaxtlar həm “Qazprom” konserni, həm də Kreml üçün prestij layihələrdən sayılırdı. Lakin qaz kəmərinin tikintisi getdikcə uzanır. “Qazprom” isə ondan da vacib problemlərlə üzləşib.

Almaniyanın “Die Zeit” qəzetinin yazdığına görə, 2019-cu ildə konsern Avropanın bütün qaz anbarlarını doldurub. Lakin Rusiya ötən ilki 200 milyard kub yerinə bu il Avropaya 166 milyard kub təbii qaz ixrac etmək niyyətindədir.

Jurnalist Maksim Kireyevin yazdığına əsasən, son dövrlərdə “Qazprom”un Türkiyə ilə də ciddi problemləri başlayıb. Belə ki, iki ölkə arasında iqtisadi əlaqələrdə mühüm körpü sayılan “Mavi axın” kəməri aylardır boş alıb. 2019-cu ildə tikintisi başa çatan bu kəmərdə son həftələrdə iki dəfə ciddi qəza yaranıb. Rusiya ekspertləri isə problemin Türkiyədə tələbatın azalmasından irəli gəldiyini bildirirlər.

Rusiyanın gömrük orqanlarının verdiyi məlumata görə, bu ilin iyun ayında təbii qazın ixracat qiymətləri hər 1000 kubmetrə görə 86 dollara düşüb. Mütəxəssislərin ümumi rəyinə əsasən, bu qiymət qazın hasilatı, nəqli və vergilərin ödənməsi ilə bağlı xərcləri örtə bilməz.

“Fitch Ratings” agentliyi “Qazprom”un ixracatdan qazanması üçün Avropaya ötürülən hər min kubmetr qaza görə 105 dollar almalı olduğunu bildirib. Hətta “Şimal axını-2” boru kəməri üzrə nəqlin yenidən başqa yerlərə yönləndirilməsi məsrəfləri azaltmır. Sonuncu layihə ilə əlaqədar hər hansı siyasi qərarın olmaması Rusiyanı kəmərlərin yarısını istifadəsiz və boş buraxmağa məcbur edir.

“Belə olan halda “Şimal axını” şirkətin əlində ağır “qulpsuz çamadan”a çevrilib. Lakin onu yerə qoymaq da olmur.

Hələ ki, “Qazprom” bu layihədən asılı vəziyyətdə deyil. Lakin onun tikintisinin uzanması gələcəkdə ABŞ tərəfdən sanksiyaların daha da artması deməkdir. İndi ruslar vəziyyətdən baş çıxarmağın yollarını axtarırlar”,-deyə məqalədə qeyd olunub.



Ana səhifəyə qayıt        Baxış: 3 097          Tarix: 18-08-2020, 19:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma