Xəbər lenti
Bu gün, 19:25
Bu gün, 18:39
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Zahid Orucun və Ərəstun Oruclunun təklif etdiyi ideyalara fərqli baxış: Elçin Mirzəbəyli: “Hələlik, müxtəlif formatlı hərbi-siyasi ittifaqlarda təmsil olunmaq üçün elə də ciddi əsas görmürəm”; STM rəhbəri “beşinci kolon” ittihamlarına reaksiya verdi
Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin komitə sədri Zahid Oruc son zamanlar yazdığı iki məqalədə Türkiyə-Azərbaycan-Rusiya (TAR) hərbi blokunun yaradılmasını təklif edib. Bu təklif isə birmənalı qarşılanmayıb, hətta ona ünvanlı “5-ci kolon” ittihamlarının ortaya çıxmasına səbəb olub.
Sosial mediada da mövzu geniş müzakirə olunmaqdadır. Belə ki, Z.Orucun özü məsələyə sükutlu reaksiya versə də, tərəfdarları ilə əleyhdarları arasında söz savaşı hələlik tam səngiməyib.
Bu arada politoloq Ərəstun Oruclu da maraqlı ideya ilə çıxış edib. Belə ki, siyasi analitik Türkiyə-İsrail-Azərbaycan (TAİ) hərbi əməkdaşlığını daha real hesab edir. İdeya cəlbedici görünür, xüsusilə də Bakı-Tel-Əviv münasibətləri fonunda. Eyni zamanda bu günlərdə İsraildə Azərbaycan ordusuna dəstək aksiyasının yüksək səviyyədə keçirilməsi də düşmən üçün gözdağı oldu. Amma bu ideyanın gerçəkləşməsinə də maneçilik törədə biləcək qüvvələr az deyil. Türkiyə İsrailin Fələstinlə bağlı siyasətini qəbul etməsə də, son anda ola bilsin Azərbaycanın maraqlarını nəzərə alaraq bu projedə iştirak etsin. Lakin razılaşmalıyıq ki, qonşuluqda belə anlaşmanı qəbuledilməz saya biləcək İran faktoru var və Tehran birmənalı şəkildə İsrailin onun sərhədlərinə hansısa şəkildə yaxınlaşmasına imkan verməz.
Hər iki ideyanın sərf-nəzər olunması prosesi zamanı məsələyə Azərbaycanın Qoşulmama Hərəkatında olmağımızı da diqqətdən qaçırmamalıyıq. Bakının bu quruma üzv olarkən üzərinə müəyyən öhdəlik götürdüyü də aydındır. Amma hadisələr göstərir ki, təklikdə hətta düşən -zəifləyən - qurdu da yeyirlər...Belə olan halda Qoşulmama Hərəkatının digər üzvlərinin əraziləri işğalda olan Azərbaycanın durumunu başa düşməsi gərəkir. Düzdür, bu qurum ərazi bütövlüyümüzü tanıyırır. Amma hətta bu qurum təmsilçilərinin işğalçı ölkəyə silah-sursatdan tutmuş, digər ləvazimatlara qədər yardım etməsi də sirr deyil. Əgər Hərəkatın müsəlman üzvləri belə, öz öhdəliklərini unudursa, o galda torpağı işğalda olan Azərbaycan niyə əbədi sadiqlik nümayiş etdirsin ki?
Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin komitə sədri Zahid Oruc ünvanına səslənən tənqidlərlə bağlı Musavat.com-un suallarına qısaca cavab verdi. Bildirdi ki, belə bir ideyanı irəli sürməkdə məqsəd Ermənistanı hərbi-siyasi meydanda təkləmək idi. “Zaman bizim haqlı oldugumuzu göstərəcək”. Bir çoxlarının onun üzərinə getdiklərini dedikdə isə “gəlsinlər.
Bu, onların gizləndiyi səngəri görmək üçün siyasi test-kəşfiyyat oldu”-deyə, Z.Oruc vurğuladı. Mərkəz rəhbəri hesab edir ki, Türkiyə-Rusiya əlqalərinin tüksək xarakterini və Moskvanın İrəvan siyasi rejiminin dəyərləri ilə ziddiyyətlərini torpaqlarımızın azadlıgına transfer etməyi bacarmalıyıq: “Əsas ideya budur. Qalanları əleyhimizə deyilən fikir makukaturalardır”.
Politoloq Elçin Mirzəbəyli bu mövzu ilə bağlı maraqlı fikirlər söylədi: “Koronavirus pandemiyasından sonra deqlobalizasiya proseslərinin sürətlənəcəyi, milli dövlətlərin, ortaq dil, mədəniyyət və digər bu kimi amillər üzərində formalaşan birlik və ittifaqların önə çıxacağı ehtimalı gündən-günə güclənir. Bu baxımdan, ölkəmizin müxtəlif formatlı hərbi-siyasi birliklərdə təmsilçiliyi ilə bağlı ideyalara müsbət yanaşıram və belə ideyaların müəlliflərinə müxtəlif “pərəst” damğasının vurlumasını ziyanlı hesab edirəm.
Bu cəmiyyətdə sivil diskussiyalara ziyan vuran, inkişafın qarşısını alan yanaşmadır”. E.Mirzəbəyli onu da qeyd etdi ki, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Orucun Türkiyə-Azərbaycan-Rusiya hərbi-siyasi ittifaqı ilə bağlı ideyası format və status olaraq fərqli olsa da, yeni deyil: “Bir neçə il öncə, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə görüşdən öncə Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlıq formatı ideyası ilə çıxış etmişdi. Bundan başqa, artıq uzun illərdir ki, Türk-Slavyan dövlətləri ittifaqı ideyası gündəmdədir.
Bu ideyanın tərəfdarlarının bir qismi vaxtilə Türkiyədə aparılan “Ergenekon” və “Balyoz” prosesi çərçivəsində iqtintaqa da cəlb edilmişdilər. Onu da qeyd edim ki, bu şəxslər Türkiyənin milliyyətçi qüvvələrinin təmsilçiləri idilər. Rusiya tərəfindən isə bu prosesdə Qumilyovun avrasiyaçılıq nəzəriyyəsini geosiyasi nəzəriyəyə çevirən, Türk-Slavyan birliyi üzərində qurulan avrasiyaçılığın təbliğatçısı Aleksandr Duqindir. Avrasiyaçılıq nəzəriyyəsi öz mahiyyətinə görə, mikro - nüvə - və makro törəmə nəzəriyyələrinə ayrılır. Zahid Orucun haqqında söz açdığı TAR mikro avrasiyaçılığın hərbi-siyasi ittifaq formatında təzahürüdür”
Politoloq bir məqamı da xüsusi vurğuladı: “Məsələnin maraqlı tərəfi odur ki, bu barədə Türkiyə və Rusiyanın siyasətçiləri, geosiyasi nəzəriyyəçiləri, ekspertləri danışanda, kimsənin etirazına səbəb olmurdu, amma bu barədə azərbaycanlı siyasətçi söz açanda kimlərinsə qarnını ağrı tutur. Nə olub? Nə xəbərdir? Zahid Oruc onillərdən bəri ortalıqda olan, müzakirə edilən nəzəriyyələrdən çıxış edərək bir ideya irəli sürüb. Bu gün dünyada 40-dan çox türk əsilli xalq yaşayır.
Onların 20-dən çoxu indiki Rusiya ərazisində, öz tarixi vətənlərində məskunlaşıblar. Ruisyada yaşayan 20 türk xalqından 11-i Rusiya Federasiyasının subyekti, qurucusu olan respublikaların sakinləridir. Tatarstan, Başqırdstan, Çuvaşstan, Xakasiya, Altay, Tuva, Saxa-Yakutiya, Karaçay-Çərkəz, Kabardin-Balkar respublikaları Rusiya Federasiyasının tərkibində olan muxtar dövlətlərdir. Bundan başqa, Rusyada qədim türk tayfalarının nümayəndələri – dolqanlar, şorlar, tofalar, çulımlar, naqaylar, kumıklar, naqaybaklar, Həştərxan və Sibir tatarları, qaraimlər, Krım, məshəti, Azərbaycan türkləri yaşayırlar. Yəni Rusiya həm də türklərin yaşadığı, türk muxtar respublikalarının təmsil olunduğu bir federasiyadır.
Məhz bu səbəbdən, Zahid Orucun fikirlərini başqa yerə yozmaq, ona qarşı heç bir ölçüyə sığmayan, qurşaqdan aşağı bir kampaniyaya rəvac vermək utancvericidir, qərəzlidir və ən önəmlisi isə tamamilə əsasısdır. Zahid Oruc təpədən-dırnağa azərbaycançıdır, milli adamdır”.
Plitoloq Ərəstun Oruclunun ideyasına gəldikdə isə, E.Mirzəbəyli qeyd etdi ki, bu formatın da havadan götürülmədiyi qənaətindədir: “Türk və yəhudi xalqları arasındakı tarixi münasibətlər buna müəyyəın əsas verir. Digər tərəfdən, əgər bu gün İsraillə Birləşmiş Ərəb Əmirliyi arasında müqavilə imzalanırsa, o zaman nədən ən azı Azərbaycan-Türkiyə-İsrail üçtətəfli əməkdaşlığı formatı mümkün olmasın ki? Belə ideyalar həm də ictimai rəyin öyrənilməsi baxımından da effektlidir və ciddi araşdırmalar üçün stimullaşdırıcı effekt kimi istifadə oluna bilər. Düşünürəm ki, bu amil də nəzərə alınmalıdır”.
Politoloq qeyd etdi ki, məlum olduğu kimi Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür, hərbi və təhlükəsizlik doktrinalarımız bizim hərbi-siyasi bloklarda təmsil olunmağımıza imkan vermir: “Amma dövlətlərin siyasəti, hərbi və təhlükəsilzik doktrinaları onların maraqlarına uyğun şəkildə formalaşır, maraqlar və reallıqlar dəyişdikcə isə bütün bunlara da yenidən baxıla bilər. Hesab edirəm ki, proseslərin özü bizə müttəfiqlərimizi müəyyənləşdirməyə imkan verəcək. Hələlik, müxtəlif formatlı hərbi-siyasi ittifaqlarda təmsil olunmaq üçün elə də ciddi əsas görmürəm”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar