Xəbər lenti


İranda terror qrup üzvləri ilə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) qüvvələri arasında atışma baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, SEPAH Quru Qoşunlarının yayımladığı məlumatda bildirir ki, ötən gecə terror qruplaşma üzvləri Maku sərhədindən ölkə ərazisinə daxil olmaq istəyərkən SEPAh qüvvələri ilə terrorçular arasında atışma baş verib.

Atışma nəticəsində 3 terrorçu öldürülüb. Onlardan külli miqdarda silah, partlayıcı maddə və rabitə avadanlığı müsadirə olunub.



Ana səhifəyə qayıt        Baxış: 2 813          Tarix: 24-08-2020, 18:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma