Xəbər lenti
Bu gün, 19:25
Bu gün, 18:39
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Rusiyanın Azərbaycan-Ermənistan münaqişəsində açıq şəkildə tərəf tutması gündəmin əsas məsələlərindən biri sayılır.
Mövzu Bakıda fəaliyyət göstərən Beynəlxalq münasibətlərin təhlili mərkəzinin idarə heyətinin üzvü Esmira Cəfərovanın “euractiv.com” yazısında analiz edilib.
Musavat.com həmin sayta istinadən yazının xülasəsini təqdim edir.
***
Azərbaycan və Ermənistan arasında bu ilin 12-16 iyul arasında baş verən atışmalar 2016-cı ilin aprelindən bu yana ən böyük toqquşma olub. Ermənistanın törətdiyi təxribat nəticəsində Azərbaycanın Tovuz rayonundakı sərhəddə baş verən döyüşlərdə Azərbaycan tərəfdən bir general və 76 yaşlı dinc sakin də daxil olmaqla, hər iki tərəfdən onlarla hərbçinin həlat olub.
Ekspertlərin fikrincə, Ermənistanın son təxribatlarda əsas məqsədi Kollektiv Təhlükəsizlik Müqavilə Təşkiltı (KTMT) haqqında sazişin “Kollektiv təhlükəsizlik”lə bağlı 4-cü maddəsinə uyğun olaraq təşkilatı münaqişəyə cəlb etmək, ikincisi Azərbaycan və onun beynəlxalq tərəfdaşları tərəfindən qurulan, bir hissəsi Tovuz rayonu yaxınlığında keçən enerji infrastrukturuna zərbə vurmaq, nəhayət, öz daxili problemlərdən diqqət yayındırmaq olub.
Hazırda situasiya bir qədər sabitləşsə də, Azərbaycan hər an Emrənistanla sərhəddə təxribat gözlənildiyi barədə xəbərdarlıq edir.
Bu yaxınlarda Ermənistanın cəbhə xəttində diversiya və kəşfiyyat hərəkətlərini gücləndirib. Bu ilin avqust ayının 23-də Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun diversiya qrupuna rəhbərlik edən baş leytenant Qurgen Alberyanın yaxalandığını xəbər edib. Bundan başqa, Azərbaycan tərəfi son aylarda Ermənistana məxsus PUA-ların ordunun yerləşdiyi mövqelərə yaxınlaşmaq cəhdləri barədə məlumatlar verir. Bütün bunlar isə situasiyanı gəgin saxlamaqla bərabər, onun qeyri-müəyyənliyinə də şərait yaradır.
Lakin olduqca qaranlıq və hər an partlama təhlükəsi olan bu mənzərədə ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biri sayılan Rusiya Federasiyasının son hərəkətləri ilə bağlı gələn xəbərlər ocağa yağ tökməyə bənzəyir.
Belə ki, iyul ayında aktiv hərbi toqquşmalar səngidikdən sonra Rusiyanın Ermənistana külli miqdarda silah tədarük etməsi barədə xəbərlər gəlməyə başlayıb. Verilən informasiyalarda hərbi əməliyyatların durmasından bu yana Rusiya Federasiyasından Ermənistana silah-sursat daşındığı 9 reys həyata keçirildiyi bildirilir.
Bütün bunlara əlavə olaraq Rostov-Minerlaniye Vodı-Aktau-Türkmənbaşı-Novoşəhr-Meğri-İrəvan marşrutu və əks istiqamət üzrə “İL-76” hərbi-nəqliyyat təyyarələrində 510 ton hərbi yükün daşınması qeydə alınıb.
Müəllif prezident İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefon söhbətində iyul toqquşmaları fonunda Rusiya Federasiyasından Ermənistana hərbi texnikanın tədarük etməsi ilə bağlı narahatlığını dilə gətirdiyini vurğulayır.
Bu ilin avqsut ayının 25-də “Dəniz kuboku” adlı beynəlxalq hərbi yarışda iştirak etmək üçün Bakı şəhərinə gələn Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident İlham Əluyevlə görüş zamanı bəhs olunan tədarükün Rusiyanın Gümrüdəki hərbi bazası üçün tikinti materiallarından ibarət olduğunu izah etməyə çalışıb.
Lakin Şoyqunun izahatı heç də inandırıcı görünməyib.
Məqalədə Prezident İlham Əlyevin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyevdən sitat gətirilir:
“Azərbaycan ictimaiyyəti Rusiya Federasiyasından Ermənistana hərbi yüklərin daşınması xəbərlərindən narahatdır. Biz bununla bağlı daha dolğun izahat gözləyirik. Ermənistanın bu ilin iyul ayında Tovuza hücum cəhdi onun təcavüzkar və işğalçılıq siyasətinə bağlılğını göstərir. Bu yüklərin tikinti materiallarından ibarət olduğu barədə verilən cavab bizi qane etməyib. Çünki tikinti materialları başqa yollarla da gətirirlə bilər”.
Yazda Rusiyanın Ermənistana strateji hərbi tərəfdaşlıq fonunda silah veridiyi qeyd olunur. Bilindiyi üzrə Rusiyanın Ermənistanda 102 saylı hərbi bazası var. Bundan başqa, Rusiya Federasiyası burada müxtəlif məqsədlərlə istifadə etdiyi 3624 saylı aviabaza da saxlayır.
Üstəlik, Rusiya illərdir Ermənistana pulsuz silah verir. Bunların içində “İsgəndər” raketlərini xüsusi vurğulamaq olar. Bütün bunlar Rusiyanın Azərbaycan və Ermənistan arasındakı münaqişədə obyektiv və qərəzsiz vasitəçi roluna ciddi kölgə salır.
Bir çox müşahidəçinin rəyinə görə, Ermənistan Moskvanın köməyi olmadan Azərbyacan torpaqlarını uzun müddət işğal altında saxlaya bilməzdi. Buna görə də Rusiyanın Ermənistana kömək etməklə gizli geosiyais motivlər daşıması barədə rəylər üstünlük təşkil edir.
Məsələn, Azərbaycanın “Musavat” informasiya agentliyi Rusiyanın Cənubi Qafqazda nəzarəti gücləndirmək və Türkiyəni bölgənin xaricində tutmaq üçün Ermənistanın Azərbaycana hücuma hazırladığını bilirib.
Digərləri isə Rusiyanın Azərbaycan və Ermənistanı müharibə vəziyyətində saxlamaqla regional proseslərdə öz təsirini qorumaq istədiyini qeyd edir.
Lakin Rusiyanın burada həqiqətən bitərəf olduğunu və belə bir mürəkkəb münaqişədə hər hansı tərəfin mövqeyini tutmadığını iddia edənlər var.
Faktiki olaraq Azərbaycan-Ermənistan münaşqişəsi tarixində Rusiya Federasiyasının xeyirxah xidmət göstərdiyi hallara da rast gəlmək mümkündür. Bunların içində 1994-cü ildə atəşkəs haqqında sazişin imzalanmasında, habelə 2016-cı ilin aprelində Dördgünlük müharibədə Moskvanın vasitəçiliyini qeyd etmək olar.
Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlər institutunun aktiv üzvlərindən biri sayılır və dəfələrlə Azərbaycan və Ermənistan tərəfləri arasındakı ikitərəfli görüşlərin keçirilməsində yardımçı olub.
Ümid edək ki, indi Rusiyanın Ermənistana hərbi yük tədarük etməsi ilə əlaqədar çıxan bu şübhəli və həyəcanlı gəlişmələrə tezliklə izahat gətiriləcək. Çünki heç kim Rusiya Federasiyasının Azərbaycan-Ermənistan münaqişəsində tərəfsiz vasitəçi rolundan Ermənistanın xeyrinə imtina etdiyini düşünmək istəmir.
https://www.euractiv.com/section/azerbaijan/opinion/russian-military-shipments-to-armenia-a-dangerous-escalation/
Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar