Xəbər lenti

 
Balistik raket atışına qadir olan sualtı qayıqlar, okeanlarda və dənizlərdə hökmranlığı gücləndirən yeganə döyüş maşınlarıdır. Envanterdə NATO kodu ilə SSBN (Sub-Surface Ballistic Nuclear) kimi qeydə alınan bu (ağır) sualtı qayıqlar, nüvə qabiliyyətləri ilə dəniz donanmalarına inkaredilməz bir maneədir
 
Görünür, bu səbəbdən də Fransız jurnalist Nikolas Barotte 12 iyun tarixində Atlantik sahillərində sınaqdan keçirilmiş “Téméraire” adlı sualtı qayıqlara quraşdırılmış 54 tonluq M51 (2) raketlərinin Fransaya dünya diplomatiyasında çəkindirmə baxımından çox əhəmiyyətli bir üstünlük qazandırdığı qənaətindədir. Beləliklə, təyyarə gəmisi “Charles de Gaulle” ilə Fransa Hərbi Dəniz Qüvvələri dənizlərdə (xüsusən Aralıq dənizində) yeni güc tarazlığı yaratmağa qadirdir.
 
Bu nöqtədə M51 raketlərinə və Triumphant sinfinə aid Téméraire sualtı qayıqlarının xüsusiyyətlərinə nəzər salmaq faydalı olardı:
 
M51 Balistik Raketləri
 
Bu raketlər Fransanın Strateji Okean Gücü olan FOST üçün dizayn edilib. Əslində M4 və M5 tipli raketlərin inkişaf etmiş bir modeli olan M51-in istehsal proqramı 1992-ci ilə təsadüf edir. Beş dəfə hava atma sistemləri ilə quruda sınaqdan keçirildikdən sonra 2010-cu ildə Dəniz Qüvvələrinin istifadəsinə verilib.
 
 
 
SNLE Le Téméraire (S 617) Submarines
 
1999-cu ildə istifadəyə verilən S617 sualtı qayıqları M45 nüvə raketləri ilə təchiz edilib. Tam gücü ilə 16 M51 raket daşıyır. ABŞ-da olduğu kimi Fransada da nüvə silahlarından istifadə və əmr səlahiyyəti Prezidentin təşəbbüsü ilə həyata keçirilir.
 
 
 

Nüvə sistemlərinin cəkindiriciliyi
 
Beynəlxalq Münasibətlər ədəbiyyatında yayılmış fikrə görə, nüvə silahları son "vasitə" olaraq qəbul edilsə də, siyasi və diplomatik sahədə çəkindirmə baxımından sahiblərinə vacib üstünlüklər qazandırır. Bu səbəbdən Fransa tərəfindən əldə edilən sözügedən irəliləyiş onun Aralıq dənizindəki mövqeyini bir qədər gücləndirə bilər. 
 
Bununla birlikdə, bu ölkənin Şərqi Aralıq dənizinə birbaşa sahili olmasa da və əlində nüvə raketləri saxlasa da, bu ölkənin diplomatiya masasında qanuni bir təsiri olmayacağı açıqdır. Digər tərəfdən Türkiyənin sabitliyi, müdafiə sənayesindəki irəliləyişi, “Piri Rəis” təyyarə gəmisi layihələri kimi sualtı qayıqlarında əhəmiyyətli qazancların da bu çərçivədə nəzərə alınması lazım olduğunu ortaya qoyur. Hərbi Hava Qüvvələri və Dəniz Qüvvələri baxımından Fransanın Şərqi Aralıq dənizindəki gücünü tarazlaya bilən bu layihələr, “Mavi Vətən” tezisini gücləndirən başlıca amillərdəndir. Ancaq Aralıq dənizindəki Türk Donanması, Fransız gəmisinin "blok qoyduğu”nu bildirən Fransanın iddialarını alt-üst etdi. Bununla da NATO müttəfiqləri hörmətini qazanaraq, Fransanı Aralıq dənizi siyasətində yalnızlaşdırma prosesinə sürüklədi. Nəticə olaraq, dinc dövrdə cilovlayıcı kimi qəbul edilən ballistik raketlər müəyyən bir ittifaq sistemi daxilində qanuniliyini təmin etməlidir, əks halda cilovlayıcı kimi yox, təhdid kimi qəbul edilə bilər.
 
Stratejiortak.com
Tərcümə: Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 3 029          Tarix: 13-09-2020, 10:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma