Xəbər lenti
 
 
 
NATO-nun hərbi gəmiləri Rusiyaya qarşı Barents dənizində təxribatçı manevrlər etməyə başlayıb.
 
Ovqat.com xəbər verir ki, məlumatı Rusiyanın Federal Xəbər Agentliyi (FAN) yayıb.
 
Məlumata görə, Şimali Atlantika Alyansının, daha konkret desək, ABŞ, Böyük Britaniya və Norveçin gəmiləri Rusiya donanmasını "sıxışdırmağa" çalışırlar. Bundan başqa, onlar Rusiya Federasiyasının sualtı qayıqlarına qarşı da “tammiqyaslı addımlar” atırlar.
 
Agentlik qeyd edir ki, Rusiya “submarina”ları (sualtı gəmiləri) "Status-6" nüvə torpedası vasitəsilə qarşı tərəfə zərbələr endirə bilər. Bəzi məlumatlara görə, Barents dənizində ABŞ-ın "Sivulf" “submarinası” da var.
 
Rusiyanın Müdafiə İdarəsi Milli Mərkəzinin mətbuat xidməti sentyabrın 8-də bildirmişdi ki, Rusiya hərbçiləri Barens dənizinin akvatoriyasına daxil olan NATO gəmilərinin hərəkətlərini izləyirlər. 
 
NATO-nun məlumatına görə isə, alyansa daxil olan ölkələrinin Hərbi Dəniz Qüvvələri regionda Naviqasiya azadlığına sadiqliyini nümayiş etdirmək məqsədilə əməliyyat həyata keçirirlər.


 
"Şimali donanmanın qüvvələri və vasitələri ABŞ Hərbi Dəniz Qüvvələrinin “Ross”  destroyerinin başçılıq etdiyi NATO döyüş gəmiləri heyətinin hərəkətlərini izləməyə başlayıb", — deyə Rusiyanın Müdafiə İdarəsinin məlumatında bildirilir.
 
Xatırladaq ki, NATO-nun bu əməliyyatında Britaniyanın “Sutherland” freqatı və “TİDESPRİNG” Hərbi Dəniz tankerləri, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Ross” destroyeri (esminets)  və Norveçin “Thor Heyerdahl” freqatı iştirak edir. ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Ross” destroyeri “Tomahavk” balistik raketləri və Aegis raket əleyhinə müdafiə sistemi ilə təchiz olunub. Bu isə kifayət qədər qorxunc silah gücü deməkdir.
 
Bununla belə, NATO-nun az qüvvə ilə Barents dənizində Rusiyanı sıxışdırması xeyli düşündürücüdür və cavabı çətin suallar yaradır. Zira özünün Şimal qapısında kiçik bir NATO donanması qarşısında küncə dirənən Rusiya daha çox hərbi gəmilərin iştirak etdiyi qarşıdurmada nə vəziyyətə düşə bilər? 
 
Məsələ burasındadır ki, Rusiya üçün bu qorxunc ssenari heç də uzaq ehtimal deyil. Hələ 2 il əvvəl NATO qüvvələri Norveçdə “Soyuq savaş”dan bu yana ən böyük hərbi təlimlərini keçirmiş və təlimlərə 50 min hərbi qulluqçu, 250 təyyarə, 65 gəmi və 10 min nəqliyyat vasitəsi qatılmışdı. "Trident Juncture” adlanan bu təlimlər NATO-nun Rusiyaya ən ciddi güc nümayişi kimi yadda qalmış və alyansın yaxın zamanlarda Barents dənizinə açılacağına dair önəmli siqnal kimi qəbul olunmuşdu. İki ildən sonra Rusiyanın “Şimal dənizinə yol” elan etdiyi ərazidə bir neçə NATO gəmisi qarşısında sərgilədiyi acizlik 200 ildir Azərbaycanı müstəmləkəyə çevirən nəhəngin ölüm çırpınışına bənzəyir.

Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 4 561          Tarix: 13-09-2020, 08:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma