Xəbər lenti


“Son günlər ərzində Azərbaycan-Ermənistan cəbhəsində baş verən hadisələr Türkiyə gündəminə də böyük təsir edib”.

Bu sözləri Modern.az-a Türkiyənin Ermənistanın Azərbaycana təcavüzü, cəbhə xəttindəki təxribatlara yanaşması haqqında danışan Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Şamil Ayrım deyib:

“Öncəliklə döyüşlər zamanı şəhid düşən əsgərimiz Elşən Məmmədovun ailəsinə başsağlığı diləyirəm. Ermənilərin Yuxarı Qarabağdaki hüqüqa zidd olan işğal siyasəti davam edir. İndi isə Tovuz bölgəsindəki atəşkəsi pozmağa cəhd edib, sivil xalqa zərər verirlər. Bizə görə, Ermənistanın bu hadisələri törətməkdə məqsədi Azərbaycanın ərazi bütövlüyünü yenidən zədələməkdir. Lakin buna Azərbaycan və Türkiyə birliyi izn verməyəcək. Şəhidimizin ölümündən sonra həm Türk Silahlı Qüvvələri, həm də Xarici İşlər Nazirliyi çox sərt açıqlamalar verərək Ermənistanı dərhal bu münasibətindən əl çəkməyə səsləyib. Türkiyə Cümhuriyyəti, hər zaman Azərbaycanın arxasında durduğunu bütün dünyaya bildirib.  Cənab İlham Əliyev BMT-yə çağırışında deyib ki, Ermənistan işğalçı siyasətə davam edərsə, bizim danışıqlar aparmağımız mümkün deyil”.

TBMM deputatı bildirib ki, Türkiyə də hər şeyə hazırlıqlı və təmkinli olmalıdır:

"Bütün tarix səhnələrində açıq-aşkar görünür ki, ermənilər hər zaman Türk torpaqlarına qəsd edib. Hətta Ermənistanın paytaxtı İrəvan belə qədim Azərbaycan şəhəridir. Türkiyə, həmişə olduğu kimi, bütün ordusu və milləti ilə Azərbaycanla birgə mübarizə aparmağa hazırdır.  Bunu cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan da dəfələrlə ifadə edib ki, nə baş verməsindən asılı olmayaraq Azərbaycana olan dəstəyimiz və sevgimiz hər zaman davam edəcək. Azərbaycan artıq otuz il öncəkindən tamam fərqli bir siyasət ilə dünya dövlətləri arasında çıxış edir.
Mustafa Kamal Atatürkün “ yurdda sülh, cahanda sülh” sitatını xatırladaraq bildirirəm ki, Türkiyənin istəyi bu məsələnin ən qısa zamanda sülh içində həll olmasıdır”.



Ana səhifəyə qayıt        Baxış: 2 844          Tarix: 24-09-2020, 12:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma