Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
“Müharibə başlayarsa, Türkiyə bütün sahələrdə, o cümlədən informasiya müharibəsində Azərbaycana dəstək göstərəcək”.
Bu sözləri Modern.az-a Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin Türkiyə mediasında işıqlandırılması məsələsinə toxunarkən Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim söyləyib:
“İlk olaraq şəhid olan əsgəriniz üçün çox üzüldüyümüzü və acınızı paylaşdığımızı qeyd etmək istəyirəm. Biz eyni soydan gələn bir millətik, Azərbaycanı özümüzdən heç bir zaman ayırmadan sevirik. Sizə qarşı olunan hər bir mənfi və ya müsbət hərəkəti biz özümüzə olunmuş hesab edirik. Son hadisələr zamanı da Türk xalqından tutmuş dövlət orqanlarına qədər hər kəs Azərbaycana dəstəyini göstərib. Azərbaycan və Türkiyə orduları da hər zaman işbirliyi içərisindədir. Ermənistanın heç vaxt Türk xalqlarına müsbət münasibət bəsləmədiyi aşkardır. Türkiyənin media nümayəndələri olaraq, hər sahədə Azərbaycanın yanındayıq”.
Müsahibimiz Azərbaycan və Türkiyə jurnalistlərinin birlikdə fəaliyyət göstərməsi məsələsinə də toxunub:
“Onsuz da biz azərbaycanlı həmkarlarımızla mütəmadi əlaqə saxlayırıq, birgə layihələr həyata keçiririk. Müharibə şəraitində bu cür nümunələr mütləqdir. Azərbaycan və Türkiyənin media nümayəndələri arasında birlik həmişə olub və davam edəcək”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar