Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Nizami MURADOĞLU
“Araz” ZİB – nin sədri,
Fil.elmləri doktoru, şair.
Bu günlər Azərbaycan xalqının öz kimliyini dünyaya bir daha bəyan etdiyi zaman kəsimi kimi tarixdə şərəfli yer tutur. Təqribən otuz ildən bəri erməni neofaşizminin işğalı və təcavüzünə məruz qalmış Azərbaycan Respublikasının Qarabağ ərazisi və yeddi rayonun taleyüklü məsələsinin həlli istiqamətində böyük işlər görülür.
Azərbaycan xalqının hər bir üzvünün çoxdan gözlədiyi bu çözüm məsələsinin reallaşmasının konkret olaraq səbəbləri gözlərimiz qarşısındadır. Belə ki, Respublika Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin ilk dövrlərindən bu günə qədər apardığı incə və düzgün siyasətin nəticəsi kimi Azərbaycan dövlətinin dünya arenasında siyasi – iqtisadi yerinin möhkəmlənməsi ilə öz müstəqilliyi və ərazi bütövlüyünü qorumaq bazası yaranıbdır. Məhz bu dövrdə artıq erməni işğalçılarına nəinki “dur” demək, bizim torpaqlardan “rədd olub gedin” demək missiyasını tam məsuliyyəti ilə ölkə başçısı həyata keçirir. Bu missiyanı dünya dövlətlərinin, xüsusilə də erməni havadarlarının gözləri qarşısında həyata keçirmək o qədər də asan məsələ deyil. Lakin Respublika Prezidentinin əzmi, qardaş, dost ölkələrin, xüsusən Türkiyə və Pakistanın Azərbaycanın yanında olması faktı da bu amilin gerçəkləşməsində mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın haqq işini müdafiə edən dövlətlərin mənəvi dəstəyi Azərbaycan ordusunun gücünü, mübarizə əzmini artırır.
Azərbaycan gəncləri ruh yüksəkliyi ilə bu mübarizəyə könüllü olaraq qoşulurlar. Minlərlə gənc könüllü olaraq cəbhəyə getmək, erməni işğalçılarına qarşı mübarizə aparmaq məqsədilə hərbi komissarlıqlara müraciət edirlər. Bu gün cənab prezidentimiz İlham Əliyevin beynəlxalq təşkilatların gözləri qarşısında bu sahədə gördüyü işlərin səmərəsiz olduğunun, birtərəfli xarakter daşıdığının, ATƏT- in Minsk qrupunun fəaliyyətsizliyinin acı nəticələrini onların üzünə detallarıyla çatdırması sülhsevər xalqları da sevindirir və mütərəqqi bəşəriyyət bunu alqışlayır.
Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Teyyib Ərdoğanın dəfələrlə ifadə etdiyi “qardaşım İlham Əliyev”, “qardaş Azərbaycan” sözləri xalqımız tərəfindən məmnunluqla qarşılanır, gücümüzə güc qatır. Bizim mübarizəmiz haqqdır, bu yolda hər zaman dövlətimizin, prezidentimizin yanındayıq, Qarabağın və yeddi rayonun işğaldan azad olunması yolunda mübarizəmizi sona qədər aparmağa əzmliyik.
Sözümü iki bəndlik şeirimlə başa çatdırmaq istəyirəm:
Şərəfli ordumuz, şanlı ordumuz,
Zəfərlər gözləyir sizdən yurdumuz.
Aldıqca kəndləri, yüksəklikləri,
Ərənim, irəli, bozqurd, irəli!
Vurun düşmənləri olsun dərbədər,
İşğaldan qurtarsın Laçın, Kəlbəcər!
Azad nəfəs alsın torpaqlarımız,
Şuşada ucalsın bayraqlarımız!
Və bir daha deyirəm:
Şuşa da, Laçın da cənnət-məkandı,
Qarabağ bizimdi - Azərbaycandır!
Yaşasın Azərbaycan!
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar