Xəbər lenti
Bu gün, 22:50
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Azərbaycan Qarabağ ərazisində qanunsuz sahibkarlıq fəaliyyəti göstərən, təbii sərvətlərimizi qeyri-qanuni istismar edən xarici şirkətlər barədə məlumatları toplayaraq beynəlxalq məhkəmələrə üz tutmalıdır.
Musavat.com xəbər verir ki, iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu işğal olunmuş Azərbaycan ərazisində fəaliyyət göstərən bir neçə şirkət barədə məlumatı açıqlayıb. Onun sözlərinə görə, BMT-nin İnsan Haqları Şurasının 2017-ci ilin iyun ayında keçirilən 35-ci sesiyasında işğal olunmuş ərazilərdə Avropanın və transmilli korporasiyaların qanunsuz fəaliyyətinə həsr olunmuş "Daha kim mənfəət qazanır" adlı hesabat tədqim olunub: “Hesabatda tədqiqat obyekti üçün seçilmiş 4 işğal zonasından biri də Dağlıq Qarabağdır (DQ). Tədqiqatda işğal altında olan Qarabağda qanunsuz fəaliyyət göstərən Orange SA, Credit Agricole SA Group, Vodafone, Aurubis AG, Vimpelcom/VEON şirkətlərindən bəhs edilir.
“Aurubis” Avropanın ən böyük mis istehsalçısı və dünyanın ikinci ən böyük mis təkrar emalçısıdır. Almaniyada qeydiyyatdan keçib. “Aurubis” Qarabağda iri vergi ödəyicisi olan, qondarma “DQR” büdcəsinə vergilərin 35 faizini verən, 1200 nəfər işçisi olan erməni konglomeratı “Vallex Group”dan ildə 10.000 metrik ton qabarcıqlı mis alıb, onun satışı ilə məşğul olub.
“Vodafone “2008-ci ildən etibarən Rusiyanın MTS şirkəti ilə ortaq olub, Ermənistanda MTS-Vodafone dəstəkləyən VivaCell-MTS vasitəsi ilə Qarabağda fəaliyyət göstərir.
Fransanın telekom şirkəti olan Orange S.A. “Orange-Armenia” təmsilçisi vasitəsilə “Karabakh Telecom” şirkəti adı ilə işğal altında olan ərazidə fəaliyyət göstərir.
Crédit Agricole Fransız mərkəzli beynəlxalq bank qrupudur, Ermənistanda qeydiyyatdan keçən ACBA Crédit Agricole'nin ən iri səhmdarıdır və onun səhmlərinin 28 faizinə sahibdir. Son iyirmi ildə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi qurumlarla, Hollandiyanın hökumət tərəfindən idarə olunan FMO (Təşəbbüskar İnkişaf Bankı), Cənub-Şərqi Avropa üçün Avropa Fondu ilə əməkdaşlıq edib. Crédit Agricole DQ-də bank, kredit, lizinq və faktorinq fəaliyyəti ilə məşğul olur.
5) VEON olaraq rebrend edilən VimpelCom beynəlxalq telekommunikasiya şirkətidir, mərkəzi Rusiya Federasiyası və Hollandiyadadır. Ermənistandakı törəmə şirkəti olan Armentel vasitəsilə 2002-ci ildən Dağlıq Qarabağa mobil və İnternet xidmətləri göstərməyə başlayıb. Dağlıq Qarabağda “Artsax” adlı xidmətə malikdir.
Nəhayət, “Franck Muller Group”un baş icraçı direktoru Vardan Sirmakes erməni separatçı rejiminin nəzarəti altında işğal altında olan Dağlıq Qarabağda qanunsuz bizneslə məşğul olub. O, Zəngilan rayonunda "Veynəli", Kəlbəcər rayonunda "Söyüdlü" qızıl yataqlarını talayıb. Onun vasitəsilə Ağdərə rayonunda ildə 40-50 ton qara kürü ixrac etmək üçün “Golden Fish” şirkəti tərəfindən balıq fabriki tikilib.
Vardan Sirmakesin şirkəti Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən “Artsakhbank” QSC-nin səhmlərinin 66,3 faizinə, “Armswissbank” Armenia QSC-nin səhmlərin 20 faizinə, “ArtsaxKHEK” ASC-nin 52,1 faizinə sahib olub.
Hesab edirəm ki, Azərbaycanın aidiyyəti dövlət orqanları bu şirkətlərin qanunsuz fəaliyyəti ilə bağlı beynılxalq məhkəmələr və onların təmsil etdikləri ölkələr qarşısında iddialar qaldırmalıdırlar”.
Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar