Xəbər lenti
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
44 günlük Vətən müharibəsində döyüş meydanında qazanılan qələbə Rəşadətli Ordumuzun, əsgər və zabitlərimizin qanı, canı bahasına əldə olunub. Bu müharibədə şəhid olanlar, yaralananlar da oldu, döyüşlərdən sağ-salamat geri qayıdanlar da.
Araşdıranda məlum olur ki, şəhid ailələrinin, qazilərin, döyüşçülərin bir çoxu kirayədə yaşayır. Həmçinin könüllü cəbhəyə yollananların da arasında işsiz olanı çoxdur. Bəs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün bu məsələlərlə bağlı hansı planı var?
Xatırladaq ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev haqq savaşımızda yaralanmış hərbiçilərlə görüşü zamanı bildirmişdi ki, nazirlik tarixi Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olmuş insanların ailələrinə dəstəyin göstərilməsi, həmçinin onlara da mənzillərin, evlərin verilməsi üçün müvafiq işlər aparacaq: “Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək. Bu gün buradan bizim bütün aidiyyəti qurumlarımıza göstəriş verirəm ki, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir, eyni zamanda, indi onların uçotu aparılır. Dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcəkdir”.
Fazil Talıbov: “Nazirlikdə işçi qrupları yaradılıb”
Məsələ ilə bağlı ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Fazil Talıbov “Yeni Müsavat”a açıqlama verib:
“İlk növbədə möhtəşəm tarixi Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhid olan bütün qəhrəmanlarımıza Allahdan rəhmət diləyirəm. Onların xatirəsi daim ürəklərdə yaşayacaq.
Bildiyiniz kimi, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən daim xüsusi diqqət və qayğı göstərilir. Bu kateqoriyadan olan vətəndaşlar üçün bir sıra mühüm sosial proqramlar, o cümlədən mənzillə təminat proqramı icra olunur. İndiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 8400-dən çox mənzil və fərdi ev verilib. Bu il də əvvəlki illərlə müqayisədə rekord olmaqla, 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi işləri aparılır. Onlardan böyük əksəriyyəti artıq verilib və proses davam edir".
Fazil Talıbov qeyd edib ki, Vətən müharibəsində şəhid olmuş insanların ailələri, bu müharibədə əlilliyə məruz qalmış şəxslər də dövlət başçısının tapşırığına əsasən geniş sosial dəstək tədbirləri ilə əhatə olunacaqlar: “Həmçinin onların da mənzil və fərdi evlərlə, habelə müharibə əlillərinin avtomobillə təminat proqramları həyata keçiriləcək. Bu sosial dəstək tədbirləri ilə bağlı nazirlikdə işçi qrupları da yaradılıb.
Hansısa şəhid ailəsinin çətin maddi şəraiti, ağır yaşayış şəraiti barədə məlumat alan kimi dərhal bizim əməkdaşlar həmin ailə ilə görüşür, onlarla bağlı müvafiq dəstək tədbirlərinə başlanır. Həmçinin ev şəraiti ağır olan ailələrə sosial tərəfdaşların da dəstəyi ilə ev tikintisi barədə qərar qəbul edilir.
Məsələn, dünən biz öyrəndik ki, Vətən müharibəsində şəhid olmuş bir qəhrəmanımızın - Şirvan şəhərindən Qəribov Asif Səxavət oğlunun müharibəyə getməzdən əvvəl işləyərək ailəsi üçün tikdirməyə başladığı evin inşası yarımçıq qalıb. Nazirlik tikintisi yarımçıq qalmış həmin evinin inşasını sosial tərəfdaşlarla birgə başa çatdıracaq".
Fazil Talıbovun sözlərinə görə ümumilikdə şəhid ailələri və Vətən müharibəsi əlilləri, müharibə iştirakçıları, habelə erməni terrorundan zərər çəkmiş mülki şəxslərlə bağlı yeni sosial dəstək tədbirləri həyata keçiriləcək:
“Onların özünüməşğulluq proqramına və digər aktiv məşğulluq tədbirlərinə növbədənkənar və daha geniş şəkildə cəlb edilmələri, məşğulluq məsələlərinin operativ həlli, sosial tərəfdaşlarla birgə bu sahədə sıx əməkdaşlığın qurulması, şəhid ailələrinin və müharibə əlillərinin maddi vəziyyəti nəzərə alınmaqla, ünvanlı sosial yardım proqramının onlar üçün daha əlçatan olması və s. istqiamətlərdə işlər aparılacaq.
Yəni şəhid ailələrinin, Vətən müharibəsi əlillərinin, iştirakçılarının məşğulluq imkanlarının artırılması üçün geniş miqyaslı işlər görüləcək".
Millət vəkili Vahid Əhmədov da məsələyə münasibət bildirib: “Əlbəttə ki, şəhid ailələrinə evlər veriləcək, müəyyən yardımlar veriləcək. Həmçinin müharibədə yaralanmış əsgərlərimizlə də bağlı yerli həm dövlət, həm də icra hakimiyyəti orqanları tərəfindən müəyyən işlər görüləcək.
Doğrudur, hələ 2021-ci ilin dövlət büdcəsi təsis olunmayıb. Dövlət büdcəsi təsdiq olunduqdan sonra həmin məsələlərə də baxılacaq. Beləliklə, burada ən birinci məsələ şəhid ailələri məsələsi, ikinci isə ölkədə pandemiya ilə əlaqədar vəsaitin ayrılması və daha sonra isə işğaldan azad olunmuş ərazilərin inşası və digər məsələlərin həll ilə bağlıdır. Beləliklə, dövlət büdcəsi müzakirə olunanda bu məsələlərə baxacağıq və indidən müəyyən təkliflərimiz də var.
Məlum olduğu kimi, Prezident artıq ƏƏSMN-ə bir sıra göstərişlər verib və yəqin ki, şəhid ailələrinin evlə təmin olunmasında, müəyyən vəsaitlə təminatında ciddi problem olmayacaq".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar