Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Tribune de Genève, İsveçrə 03.12.2020 Müəllif: Şneor Seqal (Azərbaycandakı aşkenazi yəhudilərinin baş ravvini) Nəhayət, Dağlıq Qarabağın üzərinə bomba yağışı dayandı, silahlar yerə qoyuldu, döyüşlər başa çatdı. Lakin müharibə ilə bağlı söz-söhbət davam edir. Dəyişən sadəcə, onun tonudur. Bu günədək medianın diqqəti silahlı münaqişədə idisə, indi diqqət mədəni münaqişəyə yönəlib. Daha dəqiq desək, indi gündəmdə olan uzun illər erməni silahlı qüvvələrinin nəzarəti altında olmuş ərazilərdəki minlərlə xristian kilsəsinin, monastırının, qəbiristanlıq və digər artefaktların taleyidir. Torpaqların Azərbaycana qaytarılmasından sonra bəziləri buradakı xristian abidələrinin məhv olacağından narahatlıq ifadə etməyə başlayıb. Fransa prezidenti Emmanuel Makron ölkəsini UNESCO-nun himayəsilə Dağlıq Qarabağdakı mədəni irsin müdafiəçisi kimi hərəkət etməyə çağırıb. Bu isə sözügedən narahatlıqları daha da qabardıb. Bölgədə bir çoxunun prosesi əvvəldən “müsəlman istilası” kimi təqdim etməsi nəticəsində ermənilər kilsələrdən xaçları çıxarıb özlərilə aparıblar. “Bloomberg”in bölgədəki ermənilərlə bağlı bu yaxınlarda hazırladığı reportajda bir erməni sakin kamera qarşısında deyir: “Biz evlərimizin müsəlmanların əlinə keçməsindənsə, onları partlatmağa, yandırmağa üstünlük veririk”. Bu kişinin yaşadığı qorxu mənə də təsir etdi. Çünki müsəlman ölkəsi olan Azərbaycanda yəhudi dini lider olaraq, eləcə də şəxsi təcrübəmə əsaslanaraq, bu hissi anlamaqda çətinlik çəkirəm. Qorxu içərisində olan bu insanın indiyə qədər hər hansı azərbaycanlı ilə rastlaşıb-rastlaşmadığını düşündüm. Mənim üçün mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşən Azərbaycan dünyanın etnik müxtəlifliklərin, dini qarşıdurmaların baş alıb getdiyi dövrdə müxtəlif mədəniyyətlərin, dinlərin birgəyaşayışı, qorunması baxımından çox zəngin ölkədir, əsl oazisdir. Gəlin, yəhudi təcrübəsinə, xüsusilə bir vaxtlar bütün Qafqazda geniş yayılsa da, sonradan yalnız bu regionda məhdud sayda yaşamaqda olan dağ yəhudilərinin təcrübəsinə nəzər salaq. Son onilliklər ərzində baş vermiş müharibələr zamanı bir çox yəhudi cihadçıların hücumlarına məruz qalıb, qətlə yetirilib və s. 1970-ci illərin ortalarında Dağıstan Muxtar Respublikasında təxminən 50 min dağ yəhudisi qeydə alınmışdı. Bu gün isə Dağıstan və Çeçenistan ərazisində onların ümumi sayı cəmi bir neçə min nəfərdir. Bəs Azərbaycanda? Azərbaycanda onlar rifah içərisində yaşayır. Azərbaycanda 25 min nəfərlik yəhudi icması yaşayır və bu, ən böyük yəhudi icmalarındandır. Onların təxminən 15 mini məhz dağ yəhudisidir. Azərbaycanda üç fərqli yəhudi qrupu var: dağ yəhudiləri, gürcü yəhudiləri və baş ravvini olduğum aşkenazi yəhudiləri. Ancaq mənim ölkəm yalnız tarixən demək olar ki, hər yerdə pis qarşılanan bu millət üçün sığınacaq deyil. Azərbaycan əhalisi sünni və şiə müsəlmanlarından, həmçinin xristianlığın müxtəlif qollarından, o cümlədən kiçik katolik icmasından ibarətdir. Hazırda ən azı 30 min erməni Azərbaycanı öz vətəni hesab edir. İki Papa səfəri və yeni kilsə Bakı küçələrində sinaqoqlar, kilsələr və məscidlər yan-yana düzülüb və çox yaxşı vəziyyətdə saxlanılır. Onların təmiri və qorunub saxlanması Azərbaycan və ölkənin sakinləri üçün əhəmiyyətlidir. Bundan başqa, hər hansı xalq yalnız öz qanı ilə təyin olunmur. Xalq həm də mədəniyyət və tarixdir. Burada dini rəhbər kimi, mənimlə mütəmadi görüşmək, ölkədəki digər dinlərin nümayəndələrilə əməkdaşlıq etmək normal haldır. Burada böyük və ya kiçikliyindən asılı olmayaraq, heç bir din cəmiyyətdən kənarda qalmır. 2002-ci ildə Papa II İohan Pavelin Bakıya səfərindən sonra dövlət bizim kiçik katolik camaatımıza bir hissəsi ölkə müsəlmanları və yəhudiləri tərəfindən maliyyələşdirilən kilsənin tikilməsi üçün torpaq sahəsi ayırdı. 2016-cı ildə həmin kilsədə ibadət edən Papa Fransisk Azərbaycandakı müsəlmanlar, xristianlar və yəhudilər arasındakı əlaqələrə heyran qalmışdı. O, prezident İlham Əliyev və hökumət nümayəndələrilə görüşündə demişdi: “Bu münasibətlər dinc, yanaşı yaşamaq üçün, dünyada sülh üçün böyük əhəmiyyət daşıyır”. Bu, müxtəlif konfessiyalardan olan insanlar arasında səmimi münasibətlərin davam etdirilməsinin, ümumi rifah üçün qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində davranılmasının mümkünlüyünü göstərir. Azərbaycanın dini irsi qoruyub saxlamaq və bərpa etmək kimi ənənəsi yalnız onun sərhədlərilə məhdudlaşmır. Ölkə, məqsədi Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği olan Heydər Əliyev Fondu vasitəsilə ölkə bütün dünyada xristian abidələrinin və nümunələrinin bərpasına böyük töhfələr verib. Onların hamısını bir yazıda sadalaya bilməsək də, Vatikanda Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı barelyefin, Romada Müqəddəs Sebastian katakombalarının, həmçinin Strasburq Kafedral Kilsəsinin XIV əsrə aid olan vitrajlarının bərpasını deyilənlərə nüminə göstərə bilərik. Bu Fond yəhudi təşkilatları ilə birlikdə Azərbaycanda yəhudi məktəblərinin inşasında da iştirak edib. Azərbaycanın nəzarəti altına qaytarılmış ərazilərdə xristian abidələrinin labüd məhvi qorxusu bütün bu sadalananların fonunda baş verir. Düzdür, bu narahatıqlar tam əsassız deyil. Hər bir müharibədə tərəflə müəyyən vəhşilik edir və Dağlıq Qarabağ münaqişəsi də dünyanın ən uzun, həlli çətin problemlərindən biridir. On illərdir davam edən müharibələr zamanı təəssüf ki, çox sayda xristian və digər dinlərin abidələri məhv edilib. Amma mən Ermənistanın işğalı altında olan müsəlman evlərinin və qəbiristanlıqlarının dağıdıldığı haqda oxuduqda da kədərlənirəm. Bəzi hesablamalara görə, həmin ərazilərdə 100 mindən çox artefakt sərgiləndiyi muzeylərlə birlikdə məhv edilib. Bir məscidin təhqir olunması ilə müsəlman dünyasını qəzəbləndirən dəhşətli bir hadisəni də xatırlayıram. Bu elementlər yaddaşlarda hələ də yenidir. Odur ki, Dağlıq Qarabağ ermənilərinin “mədəni repressiya”ya məruz qalmaqdan qorxmalarını başa düşmək olar. Amma belə olmamalıdır. Dünya bizi yaxından izləyir. Azərbaycan prezidenti də Ermənistanın ən vacib müttəfiqi olan Rusiyanın rəhbəri Vladimir Putinlə söhbətində buna zəmanət verib. O, Azərbaycanın bölgədəki müqəddəs xristian məkanlarını qoruyacağını bildirib. Bir azərbaycanlı yəhudi olaraq düşünürəm ki, ölkəmin bu sahədəki tarixi öz sözünü deyir. (Fransız dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar