Xəbər lenti
Bu gün, 17:10
Bu gün, 16:05
Bu gün, 15:14
Bu gün, 14:54
Bu gün, 13:27
Bu gün, 12:37
Bu gün, 10:13
Dünən, 23:30
Dünən, 21:55
Dünən, 21:12
Dünən, 15:47

ABŞ-Azərbaycan əməkdaşlığının başlıca istiqamətləri təhlükəsizlik, enerji və bütövlükdə iqtisadiyyat məsələləri, habelə idarəçiliyin təkmilləşdirilməsi, qanunun və insan hüquqlarının aliliyi məsələləridir.
“Report” xəbər verir ki, bu barədə “Azərbaycan-ABŞ münasibətləri: Seçkilər və II Qarabağ müharibəsindən sonrakı proseslər” adlı vebinarda CPC-nin İqtisadi və Enerji Proqramları üzrə rəhbəri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta bildirib.
Bu əməkdaşlığın uzun illərdir davam etdiyini qeyd edən keçmiş səfirin dediyinə görə, son 5 il ərzində geosiyasi əməkdaşlıq və s. sahələrdə müəyyən irəliləyiş əldə edilib: “Azərbaycan Avrasiyada mühüm öncül qüvvə olan regional haba çevrilmək üçün müstəqil şəkildə xeyli səy göstərib”.
Ekspertin qənaətincə, ABŞ-ın yeni administrasiyası ölkənin geosiyasi mənafeyi baxımdan Azərbaycana daha çox diqqət yetirməlidir. Onun fikrincə, Azərbaycanla Ermənistan arasında sülh ab-havasının yaranması da mühüm amildir: “ABŞ da bunlara öz töhfəsini verə bilər. Azərbaycan inkişaf edərək burada ABŞ maraqlarının daha geniş təmsil olunmasını təmin etdi. Dağlıq Qarabağ münaqişəsi isə ABŞ-ın regionda daha fəal olmasının vacibliyini göstərdi”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video




























