Xəbər lenti


2021-ci il yanvarın 4-də ABŞ Konqressinin üzvləri Ted Lyu və Ketlin Rays, FTB-yə prezident Donald Trampa qarşı cinayət işi açması ilə bağlı müraciət etdilər.

Qeyd edilir ki, müraciətdə Trampın Baydenin seçkidə minimal fərqlə qalib gəldiyi Corciya ştatında nəticələri saxtalaşdırmaq cəhdində günahlandırması tələbi qoyulub. Bildirilir ki, əvvəlcə Tramp Corciyanın dövlət katibi ilə söhbət əsnasında səsvermənin nəticələrini qazana bilməsi üçün çatmayan səsləri tapmasını tələb edib.

ABŞ Konqressinin hazırkı üzvləri Ted Lyu və Ketlin Rays əvvəllər prokuror idilər və indi Trampa qarşı iş açılmasını və hərtərəfli araşdırılmasını tələb edirlər. Xəbər verilir ki, Corciya ştatının dövlət katibi respublikaçı olduğu üçün onu partiya nizamnaməsinə əməl etməyə çağırıb və əslində məmura təzyiq göstərərək cinayətə razı olmasını tələb edib. ABŞ-da üç gündür Trampa dəstək aksiyaları keçirilir, polis qrupların kütləvi iclaslara silahla gəlməsini qadağan edir.

Bundan əvvəl Rusiyalı siyasətçi Vladimir Jirinovski ABŞ prezidenti Donald Trampa ölkəsində hakimiyyəti ələ keçirməyi məsləhət gördü və dəstək vədi etdi. Jirinovski Baydenin seçkiləri haqsız şəkildə qazandığını qeyd etdi.

/Hurriyyet.org

Tərcümə etdi: Ülviyyə Şükürova



Ana səhifəyə qayıt        Baxış: 2 931          Tarix: 5-01-2021, 13:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma