Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
“Bizim baş nazir postuna yaxşı namizədimiz yoxdur və biz bir az da geciksək, dövlətimiz dağılacaq”.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın “Alternativ layihə” qrupunun rəhbəri Vaqe Ohanesyan yazıb.
“Ömrü boyu bir kitab oxumayanlar Nikolu (Ermənistanın baş naziri Nikol Paşinyanı nəzərdə tutur - red.) müdafiə edərək deyirlər ki, o, ağıllı adamdır. Kitab oxuyan müxtəlif peşə sahibləri isə ciddi sifəti ilə bildirir ki, Vazgen (müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyanı nəzərdə tutur - red.) yaxşı namizəd deyil. Nikol getməlidir, Vazgen də yaxşı namizəd deyil. Bu zaman təzadlı suallar yaranır. Eviniz yananda onu içməli, yaxud əkin suyu ilə söndürməyi düşünmürsünüz. Siz onu söndürməyi fikirləşirsiniz”, - o bildirib.
V.Ohanesyan ölkəsinin düşdüyü ağır vəziyyətdən də bəhs edib. Qrup rəhbəri Vazgendən də yaxşı namizədlərin olduğunu, ancaq onların məsuliyyəti öz üzərinə götürmək istəmədiklərini yazıb: “Biz yüksəlişimizin formulunu tapmalıyıq. Çox çətindir, amma mümkündür. Əsas vəzifələrdən biri milli böyümə formulunu tətbiq edə bilən komandaların olmasıdır. Bunlar isə bu günün şüarı və platforması deyil”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar